Məqsədimiz səmərəli və ardıcıl strateji kommunikasiyalar vasitəsilə ictimaiyyətlə dialoq aparmaq və NATO, Avropa İttifaqı, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya proseslərinin dinamikası və aktual problemlər haqqında cəmiyyəti maarifləndirməkdir.

NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi

“NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzinin” əsas məqsədi əhalimizi Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya proseslərinə cəlb etmək və onların şüurlu dəstəyini qazanmaqdır. Bunun üçün biz effektiv, məqsədyönlü ünsiyyəti seçir və obyektiv məlumatı hədəf auditoriyasına çatdırırıq.

Fəaliyyət

Artıq 17 ildir ki, NATO Avropa İttifaqının İnformasiya Mərkəzi Tbilisidəki mərkəzi ofis və 10 regional ofis vasitəsilə Gürcüstan miqyasında fəaliyyət göstərir. Əsas hədəf auditoriyamız gənclər, müəllimlər, yerli hökumət nümayəndələri, din xadimləri, media və sairədir. Əhalinin xüsusi informasiya problemi ilə, özəlliklə də dil baryeri ilə üzləşən hissəsinə, işğal xəttinə yaxın və dağlıq rayonlarda yerləşən sakinlərə və digərlərinə xüsusi diqqət yetirilir.

Mərkəz ölkə miqyasında hədəf auditoriyasının maraq və ehtiyaclarına uyğunlaşdırılmış 800-ə qədər müxtəlif tədbir təşkil edir.

İnanırıq ki, əsas missiyamız – əhalimizin Qərb dəyərləri haqqında maarifləndirilməsi, vətəndaş cəmiyyətinin fəallaşdırılması və onun bu proseslərə cəlb olunmasının dəstəkləndirilməsi ölkəmizin inkişafına mühüm töhfə verəcək.

Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi prosesində biz Gürcüstan hökumətinin, qeyri-hökumət sektorunun, diplomatik korpusun və medianın nümayəndələri ilə fəal və səmərəli əməkdaşlıq edirik.

Tarix

NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi 2005-ci ildə yaradılıb. Onun yaradılmasında məqsəd Gürcüstanın Şimali Atlantika Təşkilatına (NATO) inteqrasiyası məsələləri ilə bağlı əhalini hərtərəfli, obyektiv maarifləndirmək və bununla da əhalinin düşüncəli dəstəyini qazanmaq idi. 2013-cü ildən isə bu məsələyə daha bir istiqamət əlavə edildi, – Avropa İttifaqı və onun informasiya kampaniyası ilə bağlı fəaliyyətlər. O vaxtdan bəri NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi adlanır.

İnformasiya Mərkəzi 2017-ci ildən Xarici İşlər Nazirliyinin tabeliyində olan ictimai hüquqlu hüquqi şəxsdir. Mərkəz Gürcüstan Prezidentinin 19 sentyabr 2005-ci il tarixli 752 saylı fərmanı ilə yaradılıb və öz fəaliyyətini Gürcüstan Konstitusiyasına, beynəlxalq müqavilə və sazişlərə, “ İctimai hüquqlu hüquqi şəxs haqqında” Gürcüstan Qanununa, onun əsasnaməsinə və digər hüquqi aktlara əsasən həyata keçirir.

Layihələrimiz

Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın və iştirakın artırılması
Təfərrüatı ilə
Cəmiyyətin məlumatlandırılması və davamlılığının artırılması
Təfərrüatı ilə
“Avropa bayramları” layihəsi
Təfərrüatı ilə
“Gürcüstan regionlarında Qərbə inteqrasiya haqqında maarifləndirmənin və cəlb edilmənin artırılması” layihəsinin ikinci mərhələsinin təqdimatı keçirilib
Təfərrüatı ilə
NATO və Avropa İttifaqı İnformasiya Mərkəzinin şagirdlər üçün yay məktəbi
Təfərrüatı ilə
NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin Yay Məktəbi
Təfərrüatı ilə
Britaniya ilə tanış olaq
Təfərrüatı ilə
Birlik müxtəliflikdədir
Təfərrüatı ilə
NATO-Gürcüstan İctimai Diplomatiya Forumu
Təfərrüatı ilə
NATO – dinc və sabit inkişaf üçün seçimdir
Təfərrüatı ilə
Müəllim – Avropaya bələdçi
Təfərrüatı ilə
Avropa kafeləri turu
Təfərrüatı ilə

2013-cü ildən 2023-ci ilin dekabrına qədər

0
keçirilmiş tədbir
0
iştirakçı
0
tərəfdaş təşkilat

Komandamız

Mərkəzimiz bütün Gürcüstan miqyasında fəaliyyət göstərir, Tbilisidəki mərkəzi ofisi və 10 regional nümayəndəliyi birləşdirir. İnanırıq ki, əhalimizin Qərb dəyərlərinə dair maarifləndirilməsi, vətəndaş cəmiyyətinin fəallaşdırılması və onun bu proseslərə cəlb olunmasının təşviqi ölkəmizin inkişafına mühüm töhfə verəcək. Buna görə də səsimizi hər bir vətəndaşa çatdırmağa çalışırıq.

İllik hesabatlar

Mərkəzin nəşrləri

NATO və Avropa İttifaqı haqqında məlumat kitabçası;
Təfərrüatı ilə
NATO və Avropa İttifaqı haqqında miflər;
Təfərrüatı ilə
NATO Gürcüstan üçün nə edir;
Təfərrüatı ilə
Avropa İttifaqı haqqında 10 mif;
Təfərrüatı ilə
“Gürcüstanın Avropa Yolu” jurnalı, 14-cü nəşr;
Təfərrüatı ilə
“Gürcüstanın Avropa Yolu” jurnalının 15-ci buraxılışı;
Təfərrüatı ilə
Yeni imkanlara uyğunlaşaq;
Təfərrüatı ilə
NATO haqqında 13 mif;
Təfərrüatı ilə
Gürcüstan beynəlxalq sülh missiyalarında
Təfərrüatı ilə

Tərəfdaş təşkilatlarımız

Vakansiya və təcrübə

NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzinin sərgi və konfrans meydançaları

İnformasiya Mərkəzi tədbirlərinizin keçirilməsi üçün müasir, rahat və tam təchiz olunmuş otaqlar təklif edir.

Əlaqə məlumatı

  • Tel: +995 599 22 00 84
  • E-poçt: infocenter@mfa.gov.ge