Avropanın “Rəqəmsal Kompası” – 2030-cu ilə qədər daha güclü Avropa

2030-cu ilə qədər Avropanın rəqəmsal transformasiyasını uğurla həyata keçirmək üçün Avropa Komissiyası “Rəqəmsal Kompas” təşəbbüsü formatında baxış və məqsədləri təqdim edib. “Rəqəmsal Kompas” çərçivəsində həyata keçirilən siyasət əhalinin gücləndirilməsinə, dayanıqlı və daha da uğurlu rəqəmsal gələcəyin təmin edilməsinə, bununla bağlı dünyada müxtəlif mühüm layihələrin həyata keçirilməsinə, mövcud nöqsanların aradan qaldırılmasına və rəqəmsal istiqamətdə Avropa İttifaqı normalarına və standartlarına riayət edilməsinə və onlara yaxınlaşmasına yönəlib.
Avropanın “Rəqəmsal Kompası” dörd əsas prinsipə əsaslanır:
1) Rəqəmsal bacarıqlara və yüksək rəqəmsal peşəkarlığa malik vətəndaşlar və mütəxəssislər: 2030-cu ildə gənclərin ən azı 80%-i əsas rəqəmsal bacarıqlara malik olmalıdır; Avropa İttifaqının İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində 20 milyon mütəxəssis işlə təmin olmalıdır, bununla belə oxşar iş yerlərində daha çox qadın işə götürülməlidir.
2) Etibarlı və dayanıqlı rəqəmsal infrastruktur: 2030-cu ilə qədər Avropa İttifaqında hər bir ev qiqabit rabitəsinə malik olmalı və bütün yaşayış əraziləri 5G əhatəsinə malik olmalıdır; Avropada müasir və dayanıqlı yarımkeçiricilərin istehsalı dünya istehsalının 20%-ni təşkil etməlidir; Avropa İttifaqında 10,000 iqlim neytral çox yaxşı qorunan sədd qovşağı yerləşməlidir; Avropanın özünün ilk kvant kompüteri olmalıdır.
3) Biznesin rəqəmsal transformasiyası: 2030-cu ilə qədər hər dörd şirkətdən üçü “cloud” (bulud) hesablama xidmətlərindən, böyük göstəricilərdən və süni intellektdən istifadə etməlidir; kiçik və orta müəssisələrin 90%-dən çoxu rəqəmsal intensivliyin ən azı baza səviyyəsinə çatmalıdır; Avropa İttifaqında bazar dəyəri 1 milyard dolları keçən startapların sayı isə iki dəfə artmalıdır.
4) Dövlət xidmətlərinin rəqəmsal transformasiyası: 2030-cu ilə qədər bütün dövlət xidmətləri onlayn rejimdə əlçatan olmalıdır; hər bir vətəndaşın öz elektron tibbi kartına çıxışı olmalıdır; vətəndaşların 80 faizi isə elektron şəxsiyyət vəsiqəsindən istifadə etməlidir.
Canlı rəqəmsal transformasiya üçün dəstək EU4Digital təşəbbüsü vasitəsilə təmin edilir.
Canlı rəqəmsal transformasiya üçün dəstək a href=”https://eufordigital.eu/geo/discover-eu/the-eu4digital-initiative/” target=”_blank” rel=”noopener”>EU4Digital təşəbbüsü vasitəsilə təmin edilir.
Daha ətraflı məlumat üçün: