Avropanın sülh təşəbbüsü

Yeni maliyyə aləti – məqsədi Avropa İttifaqının təhlükəsizlik və müdafiə qabiliyyətini artırmaq, bütün dünyada sülhün qorunub saxlanılmasına dəstəyin verilməsidir.
Avropa İttifaqının üzv ölkələri tərəfindən 2021-2027-ci illər üçün 5 milyard avro vəsait ayrılıb.
Avropa Sülh Təşəbbüsü çərçivəsində hərbi və müdafiə ilə bağlı həyata keçirilən xarici tədbirlər maliyyələşdiriləcək. Bu təşəbbüslə Avropa İttifaqına hərbi və sülhməramlı missiyalarda tərəfdaş ölkələrə kömək etmək imkanı veriləcək.
Avropa Sülh Təşəbbüsü münaqişənin qarşısını alacaq, sülhü qoruyacaq və beynəlxalq təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək.
Eləcə də, oxşar tədbirləri dəstəkləmək üçün tərəfdaş ölkələri, regional və beynəlxalq təşkilatları gücləndirmək.
Avropa Sülh Təşəbbüsü ev sahibi ölkələrdə missiyalar vasitəsilə fəaliyyət göstərəcək və aşağıdakı istiqamətlərdə yardım göstərəcək:
• hərbi və müdafiə texnikası
• infrastruktur
• texniki yardım