Avropanın Yaşıl Sazişi

Bu gün dünyada ekoloji vəziyyət və iqlim dəyişikliyi bütün planet üçün ciddi təhlükə yaradır. Bu problemin öhdəsindən gəlmək üçün Avropa İttifaqı müasir, resurslardan səmərəli istifadə etməyə və rəqabətqabiliyyətli iqtisadiyyata kömək etmək üçün strategiya hazırlamağa qərar verib:
- 2050-ci ilə qədər artıq istixana qazı emissiyaları olmayacaq
- İqtisadi artım artıq resursların istifadəsindən asılı olmayacaq
- Heç bir insan və heç bir yer Yaşıl Sazişdən kənarda qalmayacaq
Daha konkret desək, Avropanın Yaşıl Sazişi Avropa İttifaqı iqtisadiyyatını daha dayanıqlı etmək üçün bir plandır. Bunu isə, iqlim və ətraf mühit problemlərini imkanlara çevirməklə və bu keçid mərhələsini ədalət və inklüzivlik prinsiplərinə əsaslanmaqla həyata keçirmək olar.
Avropa İttifaqının 2050-ci ilə qədər iqlim-neytral olmaq məqsədinə iqtisadiyyatın bütün sektorlarını əhatə edən müvafiq tədbirlər vasitəsilə çatmaq olar:
- Ekoloji cəhətdən təmiz texnologiyalara sərmaye yatırımı
- İnnovasiyaları həvəsləndirmək məqsədilə sənayenin dəstəkləndirilməsi
- Şəxsi və ictimai nəqliyyatın daha təmiz, daha ucuz və sağlam formalarının tətbiqi
- Binaların daha çox enerji səmərəliliyinin təmin edilməsi
- Qlobal ekoloji standartları təkmilləşdirmək məqsədilə beynəlxalq tərəfdaşlarla işləmək
Avropa İttifaqı yaşıl iqtisadiyyata keçid prosesinin çox çətin olacağı ölkələrə maliyyə və texniki dəstək verəcək və 2021-2027-ci illər ərzində müvafiq regionlar üçün ən azı 100 milyard avronun səfərbər edilməsinə kömək edəcək.