Avropa Ədalət Məhkəməsinin  təməli 1952-ci ildə qoyulmuş və Lüksemburqda yerləşir. Avropa Ədalət Məhkəməsi iki ayrı-ayrı məhkəmələrdən ibarətdir: ədalət məhkəməsi (Court of Justice), ümumi məhkəmə (General Court).

Məhkəmə Avropa İttifaqının qanunlarının şərhini təmin edir ki, bu və ya digər qanun bütün üzv ölkələrdə eyni şəkildə tətbiq olunsun. Məhkəmə Avropa İttifaqının hökumətləri və qurumları arasında baş qaldırmış mübahisələri nəzərdən keçirir. Bundan başqa, Avropa İttifaqının qurumlarının onların hüquqlarını pozduqlarını düşündükləri halda, fərdlər, şirkətlər və təşkilatlar da məhkəməyə müraciət edə bilərlər. Bütün üzv ölkənin məhkəmədə öz hakimi var. Nəticədə bu qurumda cəmi 27 hakim var. Hakimlərə baş vəkillər (cəmi 11) köməklik edirlər və onların başlıca vəzifələri təqdim edilən işlər üzrə peşəkar fikir bildirməkdir. Onlar öz səlahiyyətlərini açıq və qərəzsiz şəkildə həyata keçirməlidirlər. Hər bir hakim və baş vəkil altı il müddətinə seçilir (müddət uzadıla bilər). Hakimlər 3 il müddətinə prezident seçirlər, eləcə də vaxtını uzatmaq imkanı ilə. Prezidentin səlahiyyətinə məhkəmə işinin aparılması daxildir; bundan başqa, iclasların, və eləcə də işlərə baxılmasını aparmaq.

İşlərin çoxluğuna görə, fərdlərin, şirkətlərin və təşkilatların şikayətlərinə, eləcə də rəqabət hüququ ilə bağlı işlərə ümumi məhkəmə baxır, „Avropa İttifaqının İctimai Xidmətinin Tribunalı” isə Avropa İttifaqı və onun əməkdaşları arasında yaranmış mübahisələri həll edir. Məhkəmə tərəfindən təhlil edilən mübahisələr arasında beş ən yayılmış halı ayırmaq olar: 1. İlkin təhlilin tələbi, bu zaman Milli məhkəmələr Avropa İttifaqının  məhkəmə qanununun izahatını tələb edirlər; 2. Avropa İttifaqına üzv ölkələrin hakimiyyətlərinə qarşı şikayət,  Avropa İttifaqının  qanunlarının tətbiq edilməməsinə görə; 3. Avropa İttifaqının  müqavilələri və təməli hüquqlarını pozan Avropa İttifaqının  qanunlarının ləğv edilməsi üçün şikayət; 4. Avropa İttifaqının qurumlarına  qarşı şikayət, onların üzərinə götürdükləri öhdəliklərini yerinə yetirmədiklərinə görə; 5. Avropa İttifaqının  qərarlarına və ya əməllərinə qarşı fərdlərin, şirkətlərin və təşkilatların şikayətləri.

Məhkəmədə  şikayətlərin təhlili iki mərhələdə davam edir: yazılı və şifahi mərhələlər. Birinci növbədə, mübahisədə iştirak edən tərəflər prosesə cavabdeh olan hakimə yazılı ərizə verirlər. Hakim bu ərizəni yekunlaşdırır və rəy yazır. İkinci mərhələdə işin şifahi dinlənməsi başlanır. İşin ağırlığından irəli gələrək, proses 3,5,15 və ya bütün hakimlərin iştirakı ilə keçirilə bilər.  Dinləmədə baş vəkillər iştirak edirlər, onlar işlə bağlı suallar verir və öz fikirlərini söyləyirlər. Hökm səs çoxluğu ilə çıxarılır və açıq oxunulur.