Avropa İttifaqı Şurası („Avropa İttifaqının Şurası“ qısaldılmış, şura) Avropa İttifaqının ölkələrinin milli hökumət nazirlərindən ibarətdir və qərarları qəbul edən əsas qurumu təqdim edir. Şuranın hər bir görüşündə təhlil ediləsi məsələ üzrə Avropa İttifaqının hər bir üzv dövlətindən cavabdeh nazir iştirak edir, onlar qanunların qəbul edilməsi və siyasətin koordinasiyası məqsədilə toplaşırlar. Avropa İttifaqı Şurasının həm qanunvericilik, eləcə də icraat səlahiyyətləri vardır. Avropa İttifaqı Şurası Avropa İttifaqının qərarlarını qəbul edən əsas orqandır. O, Avropa İttifaqının qanunların qəbul edilməsi üzrə Avropa Parlamenti ilə məsuliyyəti bölüşdürür.
Şuranın əsas qanunvericilik orqanından biri olmasından başqa, eləcə də onun funksiyasına siyasətin müəyyən edilməsi və koordinasiya daxildir. Bununla yanaşı, Avropa İttifaqının üzv ölkələrinin geniş iqtisadi siyasətini istiqamətləndirir; ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində Şura ümumi mövqeləri işləyib hazırlayır və birgə tədbirlər haqqında qərarlar qəbul edir; Avropa İttifaqı və başqa ölkələr arasında anlaşmaları imzalayır; Avropa İttifaqının xarici və müdafiə siyasətini işləyib hazırlayır; üzv ölkələrin məhkəmələrinin və polisin əməkdaşlığını istiqamətləndirir.
Avropa İttifaqı Şurası, Avropa Parlamenti ilə yanaşı, Avropa Komissiyasının təqdim etdiyi Avropa İttifaqının büdcəsini təsdiq edir; eləcə də Avropa İttifaqının auditorlar məhkəməsinin və başqa orqanların üzvlərini təsdiq edir. Şuranın Avropa Komissiyasına və Avropa Parlamentinə nəzarət etmək mexanizmi vardır.
Lissabon müqaviləsi ilə b.a. Üçlüyün sədrliyinə böyük diqqət verilir, bunun çərçivəsində də üç növbəti sədr dövlət birlikdə işləyir. Ölkələrin cəmləşdirilməsi və ardıcıllığın təmin edilməsi üçün Üçlüyün 18 aylıq proqram təqdim etməsi vacibdir. Bundan başqa, Üçlüyün bütün üzvləri birlikdə Şuranın iclaslarını aparırlar (Xarici İşlər Şurasını çıxmaqla). Qalan 2 həmsədr dövlət ümumi proqram çərçivəsində həmin dövr üçün sədr ölkəni dəstəkləyir. Buna baxmayaraq, ayrı-ayrı sədr ölkələr əvvəlki qaydada sədrliklərinin 6 ay müddətində öz əsas məsələlərini qarşıya qoya bilərlər, amma Üçlük ümumi əsas tapmalı və 18 aylıq ümumi iş çərçivəsi haqqında razılıq əldə etməlidir.
Üzv ölkələrin nazirləri səviyyəsində Şura 9 struktur vahidi şəklində toplanır (1. Ümumi Məsələlər Şurası; 2. İqtisadiyyat və Maliyyələr Şurası; 3. Ədalət və Daxili İşlər Şurası; 4. İşlə təminat, Sosial Siyasət, Sağlamlıq və İstehlakçıların Məsələləri Şurası; 5. Rəqabət məsələləri Şurası; 6. Nəqliyyat, telekommunikasiyalar və Energetika Şurası; 7. Ətraf Mühitin Müdafiə Şurası; 8. Kənd Təsərrüfatı və Balıqçılıq Şurası; 9. Gənclik, Mədəniyyət və İdman Şurası). Şura eləcə də başqa struktur vahidi şəklində də toplanır – bu, Xarici İşlər Şurasıdır, ona xarici işlər və təhlükəsizlik siyasəti məsələlərində Avropa İttifaqının ali nümayəndəsi sədrlik edir.
Avropa İttifaqı Şurası qanunvericilik aktlarının qəbulu, ümumi xarici və təhlükəsizlik siyasətinin işlənib hazırlanması, beynəlxalq müqavilələrin imzalanması və Avropa İttifaqı büdcəsinin təhlilindən başqa, üzv ölkələrin milli makro-iqtisadi siyasətini istiqamətləndirir. Qərarlar adi çoxluqla, peşəkar çoxluqla və ya yekdilliklə qəbul edilir. Şurada məsələlərin böyük əksəriyyəti səslərin peşəkar çoxluq prinsipi ilə qəbul edilir, qalan hallarda isə – yekdilliklə (məsələn, xarici siyasət və ya vergilərin uyğunluğu məsələlərinin halında).