Avropa Komissiyası  Avropa İttifaqının icraçı orqanıdır və Avropa İttifaqının ümumi marağını təqdim edir. O, yeni Avropa qanun layihələrini işləyib hazırlayır, bunları da Avropa Parlamentinə və Şuraya təqdim edir (vahid xarici və təhlükəsizlik siyasəti məsələlərindən başqa). O, təcrübədə Avropa İttifaqının ümumi siyasətini həyata keçirir və Avropa İttifaqının fondları və proqramlarının üzərində sərəncam verir – komissiya Avropa İttifaqının qanun layihələrini hazırlayır və Avropa İttifaqının siyasətinin həyata keçirilməsini və maliyyə resurslarının bölgüsü prosesini istiqamətləndirir. Komissiya Avropa İttifaqının müqavilələrinin və qanunların yerinə yetirilməsi prosesinə nəzarət edir. O, qanunu pozanlara qarşı ölçülər götürə və lazım gəldiyi halda, Avropa məhkəməsinə müraciət edə bilər.

Avropa Komissiyası  27 üzvdən ibarət komissarlar heyətini  təqdim edir, bunların arasında 1 prezident, 7 vitse-prezident və 20 komissar var. Avropa Komissiyasının  üzvlərini, b.a.  komissarları beş illik müddətə seçirlər. Komissiyanın prezidentinin qərarı ilə, hər bir komissara konkret siyasə sahədə məsuliyyət həvalə edilir. Avropa Komissiyasının  üzvləri, prezident kimi,  Avropa İttifaqının  maraqlarını təqdim edirlər və müvafiq olaraq, üzv ölkələr komissarlara təsir göstərməməlidirlər. Avropa Komissiyası kollegiallıq prinsipi ilə fəaliyyət göstərir: qəbul edilən qərarlar üzərində fərdi komissar deyil, tam tərkibli komissiya məsuliyyət daşıyır. Avropa Komissiyasının prezidentinin namizədliyini Avropa Şurası adlandırır. Avropa İttifaqının  fəaliyyəti dövründə Avropa Parlamentinin komissiya ilə münasibətdə rolu yavaş-yavaş böyüməyə başlayır. Lissabon müqaviləsi ilə, Avropa Parlamentinin seçildiyindən sonra, Avropa Şurası tərəfindən təklif edilmiş namizədi Avropa Parlamenti beş il müddətinə seçir. Bu sonuncu tərəfindən namizəd təkzib edilərsə, Avropa Şurası bir ay ərzində başqa şəxsiyyəti adlandırmalıdır. Sonra da seçilmiş prezidentlə birlikdə (nazirlər) şurası komissiyanın qalan üzvlərini də adlandırır. Həm Komissiyanın prezidentliyinə, eləcə də komissarlığa və ali nümayəndəliyə namizədlərlə bağlı Avropa Parlamentinin razılığı mütləq lazımdır. Yalnız Avropa Parlamentinin razılığından sonra Avropa Şurasının komissiyası, bir vahid orqan kimi seçilə bilər (peşəkar çoxluqla). Bundan başqa, komissarlar öz səlahiyyətləri müddətində Parlament qarşısında hesabat verməlidirlər və bunun da tam tərkibi ilə komissiyanı buraxmağa eksklüziv hüququ var. Lissabon müqaviləsinin əsasında, Avropa Komissiyasının Prezidenti ayrı-ayrı üzvləri buraxa bilər.

Komissiyanın baş ofisi Brüsseldə və Lüksemburqda yerləşir, bunda başqa onun nümayəndələri  Avropa İttifaqının  digər üzv ölkələrində də fəaliyyət göstərirlər və tam dünya miqyasında heyətləri var.