Avropa Parlamenti ən mühüm qanunvericilik orqanıdır, onun seçilməsi birbaşa qaydada (1979-cu ildən) hər beş ildə bir dəfə baş verir. Parlament üzvləri Avropa İttifaqı vətəndaşlarının maraqlarını təqdim edirlər. Parlament demokratiyanın iki formasından – iştiraki və təmsilçi arasında təmsilçiyə aid edilir. Lissabon müqaviləsinin fəaliyyəti müddətində, Avropa İttifaqı və onun vətəndaşlarının misilsiz yaxınlığı mümkün olmuşdur, bu da təmsilçi və iştiraki demokratiyanın güclənməsi ilə baş vermişdir. İştiraki demokratiyanın böyüdülməsinin bariz nümunəsi Avropa İttifaqı vətəndaşlarının təşəbbüsü imkanıdır, bu da milyon vətəndaşın müraciəti əsasında Avropa Komissiyası tərəfindən müvafiq qanun layihəsinin təqdimatı imkanını nəzərdə tutur. Təmsilçi demokratiyanın gücləndirilməsi nöqteyi-nəzərindən, Avropa Parlamentinin, Avropa Komissiyasının və Avropa İttifaqının Şurasının qurum üçbucağında ən çox Avropa Parlamentinin səlahiyyətləri böyüdü.  Bununla qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qüvvəsi hər müqavilə nəticəsində böyüyür. Bundan irəli gələrək, məşvərət xarakterinə malik orqandan ən mühüm qanunvericilik qurumuna çevrildi.

Avropa Parlamentinin əsas funksiyalarıdır:

  1. Avropa İttifaqı Şurası ilə qanunların təhlili və təsdiqlənməsi;
  2. Avropa İttifaqının Şurası ilə birlikdə büdcənin təhlili və qəbulu;
  3. Avropa İttifaqı qurumlarının (xüsusilə də komissiyanın) işinin yoxlanılması, bu prosesdə demokratiyanın keyfiyyətinin ölçülməsi;
  4. Avropa Şurası ilə birlikdə Avropa Komissiyasının tərkibinin təsdiqlənməsi.

 

Yuxarıda qeyd edilən funksiyalardan başqa, Parlamentin səlahiyyətləri əhəmiyyətli dərəcədə artırılıb: Komissiyanın yeni tərkibini təsdiq etmək üçün Parlamentin razılığı lazımdır. Komissiyanın hər hansı namizədi parlament üçün qəbuledilməz olarsa, digər üzvləri də təyin etməkdən imtina edə bilərlər. Bundan əlavə, Parlament Avropa Komissiyasının bütün tərkibini, o cümlədən prezidenti istefaya göndərmək hüququna malikdir. Eləcə də parlament komitələri mütəmadi olaraq komissiyaların hesabatlarını yoxlayır, komissiya üzvləri arasında sorğular keçirir. Bundan əlavə, Avropa Parlamentinə Avropa Şurasının zirvə görüşlərinin gündəliyindəki mövzular üzrə rəy bildirmək tapşırılıb, amma bu halda, onların nəzərdən keçirilməsi məcburi deyil.

Parlament Avropa Komissiyasının üzvlərini təsdiq edir və onu etibarsız da elan edə bilər; Avropa İttifaqı qanunvericiliyinin pozulması faktlarını araşdırmaq üçün təhqiqat komitələri yarada bilər; digər Avropa İttifaqı orqanına qarşı ədalət məhkəməsinə iddia qaldıra bilər və s.. Bundan əlavə, Avropa İttifaqının əsas təsisatları Avropa Parlamentinə hesabat verir.
Parlament və Şura həmçinin Avropa İttifaqının illik büdcəsini təsdiqləmək üçün ümumi səlahiyyətlərə malikdir.

Xarici siyasət sahəsində, Avropa Parlamentinin səlahiyyətlərinə müəyyən beynəlxalq saziş bağladıqda, eləcə də yeni ölkəni qəbul etdikdə – razılığın verilməsi daxildir. Bir qayda olaraq, qərarlar səsvermədə iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir, amma səlahiyyətin ayrı-ayrı normalarında fərqli rejim təsir göstərir. Məsələn, birgə qərar proseduru çərçivəsində, müəyyən mərhələlərdə qərarın qəbul edilməsi üçün Parlament üzvlərinin tam tərkibinin razılığı lazımdır.

Avropa Parlamentinin qanunvericilik təşəbbüsünə hüququ yoxdur, amma Avropa Komissiyasına konkret məsələ üzrə qanunvericiliyi təşəbbüs etməyə çağıra bilər.

Lissabon müqaviləsinə əsasən, 2014-cü ildən Avropa Parlamentinin tərkibinə 750 Avropa Parlamentinin üzvü və onun prezidenti daxil idi, cəmi – 751 üzv,  amma Böyük Britaniya 2020-ci il 31 yanvar tarixində Avropa İttifaqını tərk etdikdən sonra, 2020-ci il 1 fevral tarixində Avropa Parlamentinin 751 üzvündən Avropa Parlament üzvlərinin sayı 705-ə qədər azaldı. Böyük Britaniyanın 73 mandatından 27-si müxtəlif ölkələr arasında bölüşdürüldü (Fransa +5; İspaniya +5; İtaliya +3; Niderlandlar +3; İrlandiya +2; İsveç +1; Avstriya+1; Danimarka +1; Finlandiya +1; Slovakiya +1; Xorvatiya +1; Estoniya +1; Polşa +1 və Rumıniya  +1), qalan 46 mandat isə Avropa İttifaqının qərarı ilə gələcəkdə yeni üzvlər üçün ehtiyatda  nəzərə alınmışdır.

 

Avropa Parlamentində prezidentin mövqeyi var, bu da Avropa İttifaqının daxilində və eləcə də beynəlxalq səviyyədə Avropa Parlamentini təqdim edir. Avropa Parlamentinin üzvləri milli deyil, siyasi nəzərlərinə əsasən birləşirlər. 2019-cu il seçkilərin nəticəsində,  Avropa Parlamentinin tərkibi siyasi qruplara əsasən növbəti qaydada bölündü (Avropa Parlamentinin seçkiləri 2024-cü ildə keçiriləcək):

  1. Avropa Xalq Partiyası (EPP);
  2. Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı (S&D);
  3. Avropanı yeniləşdir (RE);
  4. Avropa Yaşıllar Müstəqil Alyansı (Greens-EFA);
  5. İdentiklik və Demokratiya (ID);

6.Avropa Konservatorları və İslahatçıları (ECR);

  1. Avropa Solçuları və Skandinaviya Yaşıllar Birliyi (GUE-NGL);
  2. Heç bir parlament fraksiyasında birləşməyən müstəqil namizədlər.

 

 

Avropa Parlamentində təmsilçilik deqressiv prinsiplə müəyyənləşdirilir, həm ölkələrin bərabərliyini, eləcə də əhalinin sayını nəzərə almaqla. Qeyd etmək lazımdır ki, ölkələrə əsasən səslərin paylanmasının konkret düsturu mövcud deyil. Deqressiv prinsipə əsasən, əhalinin sayına əsasən böyük dövlətlər kiçik dövlətlərlə müqayisədə, parlamentdə qeyri-mütənasib təmsil olunurlar. Məsələn, ən azsaylı Maltada əhalinin sayı 0,4 milyon nəfəri təşkil edir, Avropa Parlamentində 6 Avropa parlament üzvü ilə təmsil olunur, bu da 66 min nəfərə mütənasib olaraq parlamentdə 1 yeri bildirir, halbuki əhalisi 82,5 milyon nəfəri təşkil edən Almaniya Avropa Parlamentində 96 deputatla təqdim olunur, bu da mütənasib olaraq 859 min nəfərə 1 yer bərabər olur. Qeyd edilən kvotalar danışıqların əsasında təyin olunub.

Avropa Parlamentinin üzvləri qərar qəbul etdikdə müstəqildirlər və üzv dövlətlərin göstərişlərinə tabe olmurlar. Onlar siyasi nəzərlərinə əsasən fraksiya yaradırlar. Fraksiyanın yaradılması üçün 25 deputatın razılığı lazımdır, bunlar da Avropa İttifaqına üzv dövlətlərin ən azı dörddə birini təqdim etməlidirlər.

Kvorum iclasda tam tərkibin ən azı üçdə birinin iştirak etdiyi halda, baş tutur.

Parlamentin əsas iclasları Strasburqda (Fransa) keçirilir, qalanları isə – Brüsseldə (Belçikada). Parlament

komitələrin və plenar sessiyaların vasitəsilə işləyir. Hər bir üzv dövlət öz ərazisində milli qanunvericiliklə Avropa seçkilərinin keçirilməsi məsələsini nizamlayır.