Erasmus+
Erasmus+ Avropa İttifaqının təhsil, təlim, gənclər və idman sahəsində layihələr həyata keçirən qrant proqramıdır. Erasmus+ proqramının məqsədi təhsilin müasirləşdirilməsi, bilik və məşğulluq səviyyəsinin yüksəldilməsi, o cümlədən gənclərin təlimi və onlarla işləməkdir. 2021-2027-ci illər üçün proqram büdcəsi 26 milyard avro məbləğində müəyyən edilib.
Erasmus+ təhsil, təlim və gənclik sahələrində yeddi Avropa İttifaqı proqramını bir araya gətirir və idmana dəstək layihələri bu siyahıya ilk dəfə əlavə olunacaq.
Erasmus+ Georgia-nın rəsmi internet saytına daxil ola və ya Gürcüstandakı proqram koordinatorları ilə əlaqə saxlaya bilərsiniz .