EtwinningPlus

“eTwinningPlus” müəllimlərin yoldaşlıq proqramı Avropa və qonşu ölkələrdəki məktəblərin əməkdaşlığını dəstəkləmək üçün yaradılmış onlayn platformadır, burada müəllimlər, məktəb rəhbərliyi və məktəbdə çalışan digər işçilər bir-biri ilə əlaqə saxlaya, əməkdaşlıq edə, fikir mübadiləsi apara və birgə təhsil layihələrini həyata keçirə bilərlər. Proqram müəllimlərə Avropanın ən canlı və maraqlı təhsil şəbəkəsinə qoşulmağa imkan verir. Proqramın məqsədi gürcü və avropalı müəllimlərlə dostluq etmək, ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaqdır.
eTwinningPlus portalı qeydiyyatdan keçmiş müəllimlərə tərəfdaşlar tapmaq, seçmək və arzu olunan layihələrdə iştirak etmək üçün müxtəlif alətlər və xidmətlər təklif edən əsas iş sahəsidir. “eTwinning Plus” portalı müəllimlərə həm də onlayn seminarlar keçirməyə imkan verir.
Proqram Gürcüstanda 2013-cü ildə başlayıb və ümumilikdə layihədə 800-ə yaxın müəllim və 220 məktəb iştirak edir. Bu mərhələdə layihəyə 349 müəllim, 127 cəlb olunub, 120-yə yaxın fəal layihə gürcü və avropalı müəllimlər tərəfindən birgə həyata keçirilib.
Layihədə iştirak etmək və qeydiyyatdan keçmək üçün Gürcüstanda layihənin tərəfdaşı olan Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi ilə əlaqə saxlayın.