Avropa İttifaqı və Gürcüstan

Gürcüstan öz dəyərləri ilə həmişə Avropa sivilizasiyasının, onun coğrafi, mədəni və tarixi məkanının tərkib hissəsi olub.

Gürcüstan müstəqillik əldə etdikdən sonra strateji seçim edərək, ölkənin inkişafının qeyd-şərtsiz istiqaməti kimi Avropa və Avro-Atlantik inteqrasiyanı qarşısına qoydu. Avropa İttifaqı ilə Gürcüstan arasında əməkdaşlıq əsrin dörddə birindən çoxdur ki, davam edir və bu gün biz Avropa İttifaqına əvvəllər olduğundan daha yaxınıq.

Bu gün ümumi Avropa məkanına inteqrasiya Gürcüstanın xarici siyasətinin dəyişməz istiqamətidir.

Gürcüstan mərhələlərlə və ardıcıl olaraq ümumi Avropa dəyərlərinə və prinsiplərinə sadiq qalaraq, bütün sahələrdə ən yaxşı Avropa standartlarını və normalarını tətbiq etməklə Avropa İttifaqına yaxınlaşır. Hazırda Gürcüstan-Avropa İttifaqı münasibətləri xüsusi dinamizmlə xarakterizə olunur ki, bu da ölkəmiz üçün böyük siyasi və praktiki əhəmiyyət kəsb edir. Son illər Gürcüstan hökumətinin səyləri, davamlı islahatlar və Avropa İttifaqı ilə intensiv və uğurlu əməkdaşlıq nəticəsində tarixi əhəmiyyət kəsb edən nəticələr əldə olunub.

İlk növbədə, Avropa İttifaqı ilə əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə keçirən və ikitərəfli münasibətlərimizin inkişafı prosesinin əsasını qoyan dərin və hərtərəfli azad ticarət məkanı komponenti də daxil olmaqla, “Assosiativ Sazişin” imzalanması xüsusilə qeyd edilməlidir. Avropa İttifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesinin əsası qoyuldu; Gürcüstan ölkənin enerji təhlükəsizliyini gücləndirəcək enerji ittifaqına qoşuldu; Şengen zonasında Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq olundu ki, bu da əhali üçün ən sərfəli nəticədir; Bizim Avropa İttifaqı ilə təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli strateji dialoqumuz var, burada təhlükəsizlik və müdafiə sahəsində ümumi çağırışları müzakirə edirik. Keçən il biz Avropa Komissiyasının prezidenti və Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi, həmçinin Avropa Komissiyasının və Gürcüstan hökumətinin üzvlərinin daxil olduğu Avropa Komissiyası ilə yeni yüksək səviyyəli əməkdaşlıq formatına başlamışıq. İlk görüş 2018-ci ilin noyabrın 21-də keçirilib. Bu, yalnız Gürcüstanla yaradılmış unikal əməkdaşlıq formatıdır və Gürcüstan və Avropa İttifaqının bir sıra prioritet sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu əyani şəkildə göstərir.

Assosiativlik sazişinin uğurla həyata keçirilməsi ölkənin Avropaya aidiyyatının möhkəmlənməsi, Avropaya inteqrasiya prosesinin dönməzliyi və Gürcüstanın avropalı tərəfdaşlar tərəfindən siyasi dəstəyi, o cümlədən ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı məsələlərdə mühüm əhəmiyyət kəsb edir. Assosiativlik sazişi, praktiki olaraq, Gürcüstanın modernləşdirilməsi üzrə fəaliyyət planıdır və ölkənin siyasi, sosial və iqtisadi həyatının bütün sahələrinə aiddir. Avropaya inteqrasiya prioritetləri Gürcüstan hökumətinin islahat planları və ölkənin sosial-iqtisadi inkişaf nəzəri ilə tam uyğundur.

Uğurlu islahatlar insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, demokratiyanın dərinləşməsinə, daha şəffaflığa, səmərəli idarəetməyə, təhlükəsizliyin və regional əməkdaşlığın gücləndirilməsinə, istehlakçıların və mülkiyyət hüquqlarının qorunmasına, təhsilin, səhiyyənin yaxşılaşdırılmasına və s. xidmət göstərir.

Avropa və Avro-Atlantik inteqrasiya prosesinin dönməzliyini gücləndirmək məqsədilə, Gürcüstanın hazırkı hökumətinin səyləri ilə ölkənin konstitusiyasına düzəlişlər edildi ki, buna əsasən də Gürcüstanın Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirlər görülməlidir.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});