Avropa İttifaqı / Şengen məkanında vizasız səyahət üçün məlumat kitabçası

Avropa İttifaqı / Şengen məkanında vizasız səyahət üçün məlumat kitabçası

2017-ci il martın 28-dən biometrik pasportlara malik Gürcüstan vətəndaşları Avropa İttifaqı/Şengen üzvü olan ölkələrə vizasız gedib-gələ bilərlər. 22 Avropa İttifaqı üzvü və 4 qeyri-üzv ölkə, eləcə də 4 Şengen namizəd ölkəsi olan Şengen zonası ərazisində vizasız gediş-gəliş mümkündür.

28 mart 2017-ci il tarixindən biometrik pasporta malik Gürcüstan vətəndaşları Avropa İttifaqı/Şengen üzvü olan ölkələrə vizasız gedib-gələ bilərlər.

Şengen zonası ərazisinə vizasız səyahət etmək olar, bu da Avropa İttifaqının 22 üzv ölkəsini, Avropa İttifaqının 4 qeyri-üzv ölkəsini bildirir. Eləcə də Şengenin 4 namizəd ölkəsi ilə vizasız gediş-gəliş mümkündür:

Avropa İttifaqına üzv Şengen məkanı ölkələri: Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderlandlar, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.

Avropa İttifaqının qeyri-üzv Şengen məkanı ölkələri:  İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə;

Avropa İttifaqının üzv Şengen namizəd ölkələri: Bolqarıstan, Kipr, Rumınya, Xorvatiya;

İstisnanı Avropa İttifaqının 2 üzv ölkəsi təqdim edir:  Böyük Britaniya və İrlandiya – bu ölkələrin vizasını almaq üçün Gürcüstan vətəndaşları müvafiq konsulluq xidmətlərinə müraciət etməlidirlər.

Vizasız səyahət müddəti:

  • Avropa İttifaqı ilə vizasız rejim şərtlərində Gürcüstan vətəndaşları viza xaricində yalnız qısamüddətli səfərlə Avropa İttifaqı/Şengen üzv ölkələrinə səyahət edə bilərlər.
  • Vizasız gediş-gəliş rejimi uzunmüddətli səyahətlərə aid deyil, məsələn, ali təhsil almaq məqsədilə və ya işlə təmin olmaq məqsədilə!
  • Qısamüddətli səfər hər hansı bir 180 gün ərzində 90 günü nəzərdə tutur. 180 günün 90 icazə verilən günündən ardıcıl istifadə etmək olar və ya günlərə bölməklə.
  • 90 günlük müddət ərzində Avropa İttifaqının/Şengen üzv ölkəsinin ərazisinə giriş mümkündür, amma əmin olmalısınız ki, səfərinizin müddəti son 180 gün ərzində, ümumilikdə, 90 gündən çox deyil.

Vizasız səyahət şərtləri ilə təmin edilən 90 gün ərzində qısamüddətli səfərin məqsədi müxtəlif ola bilər:

  • Turist səyahəti;
  • Ailə üzvlərinin/qohumların/yaxınların ziyarəti;
  • İşgüzar görüşlərin, danışıqların keçirilməsi;
  • Beynəlxalq seminarlarda, konfranslarda, simpoziumlarda və ya sərgilərdə iştirak;
  • Qısamüddətli təlim kursları və treninqlərdə, mübadilə ilə dərs/staj proqramlarında iştirak;
  • Mədəni, elmi və idman tədbirlərində iştirak;
  • Tibbi xidmətləri ilə faydalanmaq – qısamüddətli müalicə kursu/əməliyyat.

Vizasız səyahət üçün hansı sənədlər tələb olunur:

  • Gürcüstan vətəndaşının son 10 il ərzində verilən biometrik pasportu, bunun da Avropa İttifaqı/Şengen ölkəsi ərazisindən çıxışın planlaşdırıldığı gün üçün ən azı, 3 ay fəaliyyət müddəti olmalıdır.

Sərhəd nəzarəti zamanı Avropa İttifaqı/Şengen üzvü olan dövlətin ərazisinə daxil olarkən sizdən nə tələb olunacaq:

  • Avropa İttifaqına/Şengenə üzv olan ölkənin ərazisinə giriş zamanı, sərhəd xidmətinin nümayəndəsinin tələbi əsasında, səyahətinizin konkret məqsədini sübuta yetirməlisiniz (məs., işgüzar səfər, turistik səyahət, yaxınların və ya qohumların ziyarəti, 90 gün müddətinə qədər təlim kursu).

Səyahət məqsədini təsdiqləmək üçün sərhəd xidmətinin nümayəndəsi aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:

  • Geri dönüş bileti, mehmanxana zirehi və ya Avropa İttifaqı Şengen ərazisində leqal yaşayan ev sahibinin ünvanı, səyahət sığortası, səyahətin maliyyə təminatının təsdiqlənməsi (məs., nəğd pul, və ya qüvvədə olan bank elektron kartı- mehmanxana xərcindən başqa, maliyyə təminatı üçün bir qayda olaraq, gündə 50 avrodan çox olmayan lazımi məbləğ).

2021-ci il yanvarın 1-dən qanunvericilik dəyişikliyi qüvvəyə mindi, buna əsasən Şengen tənzimləmələri ilə nəzərdə tutulan sənədlər Gürcüstanın sərhəd-keçid məntəqəsində əlavə yoxlanılacaq.

Gürcüstan vətəndaşının hər hansı Avropa İttifaqı/Şengen zonasına daxil olması qadağan olunarsa və ya qanunla tələb olunan sənədləri təqdim etməzsə, Gürcüstanın sərhədini keçməkdən imtina edilə bilər. Ətraflı məlumat üçün bax: https://www.geoconsul.gov.ge/ka/schengen

Nəzərə alın!

  • Avropa İttifaqına / Şengenə üzv ölkələrdə 90 gün (180 gün ərzində) qalma müddəti bitənə qədər Gürcüstan vətəndaşı Şengen zonasını tərk etməlidir! Bu ölkələrdə 90 gün ardıcıl qaldığı halda, yenidən səyahət Şengen zonasını tərk etdiyindən 90 gün keçdikdən sonra mümkün olacaqdır.
  • Vizasız səyahət Avropa İttifaqına/Şengenə üzv ölkələrdə iş/uzunmüddətli təhsil hüququnu bildirmir!
  • Gürcüstan vətəndaşına Avropa İttifaqına/Şengenə üzv ölkəyə girişə imtina ediləcək, əgər:
  • Səyahətin məqsədini və ya maliyyə təminatını təsdiq edə bilmirsə;
  • Avropa İttifaqının/Şengenin hər hansı bir ölkəsinin ictimai qayda-qanunu və sağlamlığı və ya daxili təhlükəsizliyi üçün təhlükə yaradırsa;
  • Avropa İttifaqına/Şengenə üzv hər hansı bir ölkədə azadlıqdan məhrumetmənin 1 ildən çox müddəti ilə cəzalanmanı nəzərdə tutan cinayətin törədilməsi üçün;
  • Cinayət işində onun iştirakının və ya belə bir qəsd haqqında danılmaz sübutlar mövcuddursa;
  • Onun üçün Avropa İttifaqına/Şengen ərazisinə giriş qadağandır və ya onun izlənməsi haqqında qərar mövcuddur.

Gürcüstan vətəndaşları yerləşdikləri ölkəyə giriş və yaşayış qaydalarına, eləcə də həmin ölkədə fəaliyyətdə olan digər qanunvericiliyə də əməl etməlidirlər:

  • 90-günlük müddət keçdiyi halda, Avropa İttifaqı/Şengen ərazisində qalmaq qeyri-leqal olacaqdır. Belə bir şəxs ölkədən çıxarılmalı və onun Avropa İttifaqı/Şengen ölkəsi ərazisinə 5 il müddətinə qədər girişi qadağan ediləcəkdir. Bununla yanaşı, üzərinə 3000 Avroya qədər cərimə qoyula bilər.
  • İcazə verilən müddətdə başqa hüquq pozuntusunun törədildiyi halda, Gürcüstan vətəndaşı yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən, müvafiq məsuliyyətə cəlb ediləcəkdir, bundan sonra ölkədən qovulacaq və Avropa İttifaqı /Şengen ölkəsi ərazisinə 5 il müddətinə girişi qadağan ediləcəkdir;
  • Avropa İttifaqı/Şengen ölkələrində iş icazəsi xaricində işləmək qeyri-leqal hesab edilir və bu da həmin şəxsin ölkədən qovulmasına və ölkəyə girişinə qadağa qoyulmasına səbəb ola bilər.
jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});