Əməkdaşlıq tarixi

Tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş (PARTNERSHIP AND COOPERATION AGREEMENT – PCA)

Gürcüstanla Avropa İttifaqı arasında əməkdaşlıq 1992-ci ildə Avropa İttifaqının Gürcüstanı müstəqil dövlət kimi tanıması ilə başlayıb. Əvvəlcə tərəfdaşlıq əsasən humanitar və texniki yardım sahəsində idi, lakin sonradan əməkdaşlıq dərinləşdi və bu gün Gürcüstan Avropa İttifaqı bazarına məhdudiyyətsiz çıxışı olan və vətəndaşlarının Avropa İttifaqı/Şengen zonası ölkələrinə vizasız gediş-gəlişdən istifadə etdiyi Avropa İttifaqının əlaqəli ölkəsidir.

1992-ci ildə Avropa İttifaqı Gürcüstanı müstəqil dövlət kimi tanıdı və onunla əsasən humanitar və texniki yardım sahəsində əməkdaşlıq etməyə başladı. 1996-cı il aprelin 22-də Lüksemburqda Aİ-yə üzv dövlətlərin nümayəndələri, Avropa Komissiyası və Gürcüstan prezidentləri 1999-cu ildə qüvvəyə minmiş Gürcüstan və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq sazişini imzaladılar. Müqavilə 10 il müddətinə bağlanıb və müddət bitdikdən sonra, tərəflərdən biri əks mövqe bildirmədiyi təqdirdə, avtomatik olaraq hər il uzadılacaq. Müqavilə tərəflərin müəyyən siyasi, iqtisadi və sosial məqsədlərə nail olmaq üçün birgə işləməyi öhdəsinə götürdüyü bir çox sahələri əhatə edirdi. Saziş əməkdaşlığın aralıq və ya yekun məqsədləri üçün meyarlar müəyyən etməsə də (məsələn, Avropa İttifaqına üzvlük üçün zəruri meyarlar), o, davamlı yaxınlaşma və Avropa İttifaqı standartlarına uyğunlaşma prosesini nəzərdə tuturdu.

Sazişin 43-cü maddəsinə əsasən, Gürcüstan öz qanunvericiliyini mərhələli şəkildə Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırmağı öhdəsinə götürüb. Həmin maddədə qanunvericiliyin uyğunlaşdırılması ilə əhatə olunmalı olan sahələr sadalanır, yəni: investisiyalar, gömrük hüququ, biznes hüququ, bank hüququ, şirkət hesabları və vergilər, intellektual mülkiyyət, iş yerlərində işçilərin müdafiəsi, maliyyə xidmətləri, rəqabət qaydaları, dövlət satınalmaları , ətraf mühitin mühafizəsi, istehlakçıların hüquqlarının müdafiəsi, dolayı vergitutma, texniki qaydalar və standartlar, nüvə qanunvericiliyi, nəqliyyat və s. Bununla belə, sazişin 44-cü maddəsində rəqabət sahəsində qanunvericiliyin yaxınlaşmasından xüsusi olaraq bəhs edilir.

Qeyd etmək lazımdır ki, 1997-ci il sentyabrın 2-də Gürcüstan parlamenti qərar qəbul edib ki, buna əsasən, Gürcüstan parlamentinin 1998-ci il sentyabrın 1-dən qəbul etdiyi bütün qanunlar və digər normativ aktlar Avropa İttifaqı tərəfindən müəyyən edilmiş standartlara və normalara uyğun olmalıdır.

2000-ci ildən Gürcüstan və Avropa İttifaqı arasında Tərəfdaşlığın və Əməkdaşlığın Dəstəkləndirilməsi üzrə Hökumət Komissiyası yaradılıb və digər funksiyalarla yanaşı, Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşdırılmasını dəstəkləməyə cavabdeh idi. Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması strategiyası Gürcüstan prezidentinin 14 iyun 2001-ci il tarixli 613 saylı fərmanı ilə təsdiq edilmiş müvafiq nazirlik və qurumların iştirakı ilə komissiya tərəfindən hazırlanmışdır.

Növbəti mərhələ Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə milli proqramın hazırlanması olub. Proqram üzrə işlər 2001-2003-cü illərdə aparılmışdır. 8 may 2004-cü il tarixli fərmanı ilə Gürcüstan hökuməti Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə milli proqramı təsdiq etdi və hökumət üzvlərinə milli proqramın həyata keçirilməsi üçün fərdi (sektoral) fəaliyyət planları hazırlamaq tapşırıldı.

Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi və monitorinqi məqsədilə aşağıdakı birgə qurumlar yaradılmışdır:

  • Əməkdaşlıq Şurası – ildə bir dəfə toplanır. Onun funksiyası tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin icrasına nəzarət etmək idi. O, bir tərəfdən, Gürcüstan hökumətinin nümayəndələrindən, digər tərəfdən isə Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının üzvlərindən ibarət idi. Əməkdaşlıq şurasında tərəflər tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş çərçivəsində qaldırılan məsələləri müzakirə edirdilər. Eləcə də ikitərəfli və ya beynəlxalq əməkdaşlıq çərçivəsində qaldırılan, ortaq maraq predmeti olan və tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin məqsədlərinə xidmət edən hər hansı digər məsələlər.
  • Əməkdaşlıq Komitəsi – ildə bir dəfə yüksək vəzifəli dövlət məmurları səviyyəsində toplanırdı. Əməkdaşlıq Şurasının iclaslarını hazırlayır və iclaslar arasında davamlı prosesin olmasını təmin edirdi. Əməkdaşlıq Komitəsinə aşağıdakı alt komitələr daxil idi:

nəqliyyat, ətraf mühitin mühafizəsi və enerji;

məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya, cəmiyyət və audiovizual siyasət və elm və texnologiya;

ticarət, iqtisadiyyat və əlaqəli hüquqi məsələlər;

hüquq, azadlıq və təhlükəsizlik.

  • Parlament Əməkdaşlıq Komitəsi Gürcüstan Parlamentinin və Avropa Parlamentinin üzvlərindən ibarət olub. Bu, Avropa İttifaqı və Gürcüstan parlament üzvləri arasında siyasi dialoq platforması idi.

AVROPA İTTİFAQININ TEXNİKİ YARDIM PROQRAMI  – TACIS

1991-ci ildə, Sovet İttifaqının süqutundan sonra, onun keçmiş ərazilərində nəhəng siyasi, iqtisadi və sosial vakuum yarandı, buna da hərtərəfli yardım lazım idi. Bu hadisələrin sürətli tempi və yardımın lazım gəlməsini nəzərə almaqla, Avropa İttifaqı müstəliq ölkələr birliyi üçün texniki yardım proqramına başladı – TACIS (Technical Assistance to the Commonwealth of Independent States). Proqramın məqsədi yenicə müstəqillik əldə etmiş ölkələrin bazar iqtisadiyyatına keçid və demokratiyanın möhkəmlənməsinə dəstəyin verilməsi idi.

Sözügedən proqram Avropa İttifaqı tərəfdaşlıq və əməkdaşlıq anlaşmasının həyata keçirilməsini təmin edən əsas  vasitələri təqdim edirdi. Sonralar Avropa İttifaqı və tərəfdaş ölkələr arasında münasibət daha rəsmi və siyasi cəhətdən aktiv oldu. TACIS başlandıqda, texniki yardım ayrıca həyata keçirilirdi, sonralar isə, bu proqram tərəfdaş ölkələrlə, Gürcüstan da daxil olmaqla, mürəkkəb və sürətlə inkişaf edən əlaqənin hissəsi oldu. Proqramın məqsədi daha dərin siyasi münasibətlərin əsas məsələlərinin həll edilməsi idi.

Bir çox proqramın həyata keçirilməsi nəticəsində, TACIS Gürcüstanda vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının inkişafında xüsusi rol oynadı. 1992-2006-ci illərdə Avropa Komissiyası bütövlükdə, TACIS hüdudlarında Gürcüstanda yüzlərlə layihənin həyata keçirilməsi üçün 131 milyona qədər yardım ayırdı. 2007-ci ildə TACIS proqramı Avropanın qonşu və tərəfdaşlıq alətini (ENPI) əvəz etdi.

AVROPANIN QONŞULUQ SİYASƏTİ  (EUROPEAN NEIGHBORHOOD POLICY/ENP)

2003-cü ildən Avropa İttifaqı Avropa qonşuluq siyasətini (ENP) inkişaf etdirməyə başladı (ENP), bunun da məqsədi genişlənmiş Avropa İttifaqının şərq və cənub qonşuluğunda yeni ayırıcı xətlərdən kənarlaşma və sözügedən qonşuluqda firavanlığa, dinc inkişafa və təhlükəsiz möhkənlənməyə dəstəyin verilməsidir. ENP çərçivəsində Avropa İttifaqının qonşuları ilə münasibəti demokratiyaya, qanunun aliliyinə və insan hüquqlarının müdafiəsi dəyərlərinə istinad edir və tərəflər arasında siyasi, iqtisadi və mədəni yaxınlıq prosesinin dəstəkləndirilməsinə istiqamətlənmişdir. Qeyd etmək lazımdır ki, Avropa qonşuluq siyasəti  Gürcüstan, Ermənistan və Azərbaycanda 2004-cü ilin iyun ayından yayımlanır və növbəti sahələrdə tərəqqinin əldə edilməsi məqsədini daşıyırdı:

  • Standartların və qaydaların uyğunluğu;
  • Avropa İttifaqının “qonşuluq siyasətində” iştirak edən ölkələrə preferentiv ticarət rejimlərinin verilməsi, Avropa İttifaqının bazarına girişin asanlaşdırılması məqsədilə;
  • İnsan Resursunun sərbəst yerdəyişməsi və qanuni miqrasiya əsaslarının yaradılması;
  • Təhlükəsizlik məsələlərində, özəlliklə də, terrorizmə, transmilli mütəşəkkil cinayətə, narkotiklərin tranzitinə, trafikinqə, pulun ağardılması və korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi;
  • Avropa İttifaqının münaqişələrin tənzimlənməsi (Conflict Resolution) və böhran vəziyyətlərinin idarəetmə (Crisis Management) məsələlərində daha aktiv iştirak;
  • İnsan hüquqlarının müdafiəsi və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə daha çox səylərin yönəldilməsi;
  • Avropanın qonşuluq siyasətində iştirak edən ölkələrin Avropanın nəqliyyat, enerji və telekommunikasiya şəbəkələrinə, eləcə də elmi tədqiqatların Avropa məkanına inteqrasiyası (European Research Area);
  • Sərmayelərə dəstəyin verilməsi və onların müdafiəsinin yeni vasitələrinin hazırlanması;
  • Avropa İttifaqının “qonşuluq siyasətində” iştirak edən ölkələrin tələbatlarına daha yaxşı yönəlmiş yardımın təmin edilməsi;
  • Avropa Sərmayelər Bankının (EIB) kreditlərinin əlçatması daxil olmaqla, maliyyələşdirmənin yeni mənbələrinin axtarışı.

 

2006-ci ilin noyabrında, Gürcüstan Hökuməti və Avropa Komissiyası arasında Gürcüstan-Avropa İttifaqının Avropa qonşuluq siyasətinin fəaliyyət planının anlaşması başa çatdı və bu da əməkdaşlığın strateji məqsədlərinin və müvafiq siyasi və iqtisadi əsas məsələlərin həyata keçirilməsinə dəstək verirdi. Fəaliyyət planı 2006-cı ilin noyabrın 14-də qəbul edildi. Avropa qonşuluq siyasəti Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsi tərəfindən böyük rol oynadı və öıkədə iqtisadi islahatların keçirilməsinə və dövlət qurumlarının formalaşması prosesinə dəstək verdi.

AVROPA QONŞULUQ VƏ TƏRƏFDAŞLIQ ALƏTİ (EUROPEAN NEIGHBORHOOD POLICY INSTRUMANET/ENPI)

Avropa qonşuluq və tərəfdaşlıq aləti (ENPI) qonşuluq siyasətinin konkret maliyyə fəallıqları ilə

dəstəkləndirilməsini nəzərdə tutan maliyyə aləti kimi 2007-ci ilin yanvarın 1-dən fəaliyyət göstərməyə başladı. Avropanın qonşuluq siyasəti alətini əməkdaşlığın növbəti proqramları əvəz etdilər: TACIS (Şərqi Avropa ölkələri üçün) və MEDA (Aralıqdənizsahili ölkələri üçün). Bu nöqteyi-nəzərdən, Avropanın qonşuluq siyasəti bu proqramlarda mövcud strateji xəttin davamını təmin edirdi. Onun əsas məqsədini ümumi dəyərlərlə paylaşmaq, sabitlik və firavanlıq sahəsinin yaradılması, intensiv əməkdaşlıq və daha dərin iqtisadi və əməkdaşlıq sahələrinin tam spektrinin nəzərə alınması ilə regional inteqrativlik təqdim edirdi.

2007-2013-cü illərdə, Avropa qonşuluq siyasəti alətləri çərçivəsində ayrılmış maliyyə yardımı 11 milyard avronu təşkil edirdi və bu da qonşuları üçün Avropa İttifaqının yardımını çox artırdı. 2007-ci ildə Avropanın qonşuluq siyasəti aləti çərçivəsində Gürcüstan üçün 24 milyon avro ayrıldı və fəaliyyət planının prioritetli sahələrinin islahatlaşdırılmasına sərf edildi. Qonşuluq siyasəti aləti çərçivəsində, 2007-2010-cu illərin ümumi büdcəsi 120 milyon avronu təşkil edirdi. 2008-ci ilin avqust müharibəsindən sonra Avropa qonşuluq siyasəti alətinin münaqişələrlə bağlı paketindən Avropa Komissiyası Gürcüstan üçün əlavə 500 milyon avro ayırdı, hansının əsas hissəsi də  məcburi qaçqın şəxslərin dəstəkləndirilməsinə sərf edildi.

AVROPA QONŞULUQ ALƏTİ 2014-2020 İLLƏR ÜÇÜN (ENI – EUROPEAN NEIGHBORHOOD INSTRUMENT)

2011-ci ilin dekabrında, Avropa Komissiyası 2014-2020-ci illər üçün yeni xarici yardım alətlərinin, o cümlədən Avropa qonşuluq siyasətinin təsdiqlənməsinə dair Avropa Parlamentinə təkliflə müraciət etdi. 2011-ci il 25  may Birgə Kommunikeyə əsasən, yeni Avropa qonşuluq aləti (ENI – European Neighborhood Instrument) Avropa İttifaqının sərhədlərindən şərqdə və cənubda yerləşən 16 tərəfdaş ölkəyə, 2014-cü ildən 2020-ci ilə qədər müddət ərzində yardım göstərəcəkdir. Sözügedən alət Gürcüstanda 2015-ci ildə qüvvəyə mindi. Sözügedən alət Gürcüstanda 2015-ci ildən fəaliyyətə düşüb.

Qeyd etmək lazımdır ki, ENPI-dən fərqli olaraq, ENI Rusiya ilə əməkdaşlığı əhatə etmir.

ENI-nin ümumi büdcəsi 2014-2020-ci illərdə 15 milyard avronu təşkil edirdi, qonşuluq suyasətinin 16 ölkəsini növbəti istiqamətlərdə dəstəkləndirmək üçün:

  1. İkitərəfli proqramlar, bunlar da ayrı-ayrı tərəfdaş ölkə üçün dəstəyi nəzərdə tuturlar;
  2. Hərtərəfli proqramlar, bunlar da bütün və ya bir neçə tərəfdaş ölkə qarşısında mövcud ümumi çağırışlara cavab verir və eləcə də iki və ya çox tərəfdaş ölkə arasında regional və yarımregional əməkdaşlığı əhatə edir;
  3. Sərhədyanı əməkdaşlıq (CBC).

Tərəfdaş ölkələrin həvəsləndirilməsi məqsədilə, Avropanın qonşuluq aləti diferensiasiya metodundan və “çox üçün çox” prinsipindən istifadə edir: qaydaya əsasən, xüsusi diqqət həmin ölkələrə verilir, hansılar həqiqətən də qanunun aliliyinə istinad edərək, güclü və sabit demokratiyanın quruculuğunda iştirak edirlər və maliyyə yardımının bölünmə kriteriləri diferensiasiya prinsipinə istinad edirlər. Avropa qonşuluq aləti Avropa İttifaqı ilə tərəfdaşlıq nöqteyi-nəzərindən, ölkənin ambisiya səviyyəsini dərin və sabit demokratiyanın quruculuğunda və islahatların həyata keçirilməsi cəhətindən razılaşdırılmış məqsədlərin yerinə yetirilməsində onun nailiyyətini əks etdirməlidir.

ENI-nin əsas məqsədləridir: insan hüquqlarına və təməli azadlığa imkan yaradılması; Avropa İttifaqının daxili bazarında mütərəqqi iqtisadi inteqrasiyaya dəstəyin verilməsi; təhlükəsizliyə dəstəyin verilməsi məqsədilə, etimadın bərpa edilməsi və münaqişələrin qarşısının alınması və həlli; eləcə də diqqət xalqlar arasında əlaqələrin inkişafına, sahə üzrə əməkdaşlığa (məs., enerji və iqlim dəyişkənliyi sahələrində) və ictimai vətəndaş təşkilatlarının inkişafına diqqət yönəldiləcəkdir.

ENI qaydaları Avropa İttifaqının daxili alətləri və siyasəti ilə daha da böyümüş əlaqələri təmin edir ki, Avropa İttifaqının siyasəti ilə müəyyən edilmiş yardım gücləndirilsin və bu da Avropa İttifaqının büdcəsinin daxili və xarici alətlərinin uyğunluğunu təmin edir. Nəticədə, tərəfdaş ölkələrə və onların vətəndaşlarına imkan verilir ki, Avropa İttifaqının nailiyyətli daxili proqramlarında iştirak etsinlər, məsələn: tələbələrin mobilləşməsi, gənclər üçün proqramlar və ya vətəndaş cəmiyyətinin dəstəkləndirilməsi.

Şərq Tərəfdaşlığı (EASTERN PARTNERSHIP – EAP)

Şərq Tərəfdaşlığının (Eastern Partnership – EaP) təşəbbüsü, Avropa İttifaqının şərqdə qonşu dövlətlərlə (Azərbaycanla, Belarusiya ilə, Moldova ilə, Gürcüstanla, Ermənistanla, Ukrayna ilə) əməkdaşlığının yeni formatı kimi, ilk dəfə, İsveçdə və Polşada işlənib hazırlanmışdır.

2008-ci ilin avqust ayında, Gürcüstanda Rusiya hərbi intervensiya sözügedən prosesin sürətlənməsinə səbəb oldu və müəyyən qismdə bu təşəbbüsə Avropa İttifaqının müsbət rəyi yarandı. Müvafiq olaraq, 2008-ci ilin dekabrında Avropa Komissiyasına tapşırıldı ki, bu təşəbbüslə bağlı təkliflər təqdim etsin.

2008-cu ildə, Rusiya-Gürcüstan müharibəsi zamanı, prezident Sarkozi, Avropa İttifaqının həmin dövrkü sədr ölkəsinin – Fransa prezidenti, Rusiya-Gürcüstan müharibəsinin dayandırılmasında və atəşin dayandırılması haqqında anlaşmanın əldə edilməsində önəmli rol oynadı. Artıq müharibə başa çatdıqdan sonra, Avropa İttifaqı Gürcüstana aktiv maliyyə dəstəyi göndərdi və atəşin təkrarlanmaması məqsədilə, Gürcüstana Avropa İttifaqının monitorinq missiyası ezam edildi və bu günə qədər inzibati xəttin ətrafında Gürcüstanın Mərkəzi hökuməti tərəfindən nəzarət edilən ərazidən münaqişə zonasının ətraf ərazisində mövcud vəziyyətə monitorinqlik edir və münaqişədən zərər çəkmiş əhalinin həyat şərtləri və təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstək verir. Rusiya  Federasiyası tərəfindən atəşin dayandırılması üzrə 2008-ci il 12 avqust anlaşmasının tam yerinə yetirilmədiyinə və missiyanın Sxinvali və Abxaziya ərazilərinə buraxılmadığına baxmayaraq, missiyanın fəaliyyəti öz əhəmiyyətini itirmir, çünki bu vaxta qədər, Avropa İttifaqının monitorinq missiyası yeganə beynəlxalq mexanizmdir ki, münaqişə zonasında çalışır. Avropa İttifaqı münaqişənin tənzimlənmə prosesinə aktiv cəlb olunmuş və bu da Cenevrə dialoqu şəklində tanınır və eləcə də 2008-ci ilin12 avqust anlaşmasının bir hissəsini təşkil edir. Burada, Cenevrə  dialoqunda, Avropa İttifaqının nümayəndəsi, ATƏT və BMT-nin nümayəndələri ilə yanaşı, müştərək sədrlik funksiyasını yerinə yetirir. 2008-ci ilin oktyabrında, Brüsseldə Avropa İttifaqı və Dünya Bankının təşkilatçılığı ilə donorlar konfransında, Gürcüstana 2008-2010-cu il üçün ayrılmış yardım 4,5 milyard dolları təşkil edirdi.

2008-ci ilin dekabrın 3-də, Avropa Komissiyası Şərq Tərəfdaşlığı haqqında kommunike dərc etdi və bu da 2009-cu ilin martın 19-da Avropa Şurasının iclasında təsdiq olundu.

Şərq Tərəfdaşlığı Avropa İttifaqına üzvlük perspektivinin alternativi deyil. O, ikitərəfli və hərtərəfli əməkdaşlıq yolu ilə, tərəfdaş ölkələrin Avropa İttifaqına inteqrasiya prosesinin dərinləşdirilməsinə, ümumi dəyərlərin yayılmasına, regionda təhlükəsizliyin və iqtisadi inkişafın gücləndirilməsinə dəstək verir. Şərq Tərəfdaşlığı çərçivəsində, əməkdaşlıq iki istiqamətdə cərəyan edir: ikitərəfli və hərtərəfli əməkdaşlıq formatında. İkitərəfli əməkdaşlıq Avropa İttifaqı və hər bir tərəfdaş ölkə arasında əməkdaşlığın növbəti dərinləşməsini nəzərdə tutur və bu da əhatə edir: assosiativlik haqqında anlaşmanın (Association Agreements) imzalanması yolu ilə yeni, daha geniş əlaqə münasibətlərinin formalaşmasını.

Hərtərəfli əməkdaşlığın məqsədi isə, yeni formatı təmin edir və ümumi maraqların sahəsində əməkdaşlıq və çağırışlarla ayaqlaşmaq imkanını verir. Belə bir format təhlükəsizliyin, miqrasiyanın, ticarətin, nəqliyyatın, energetikanın, ətraf mühitin müdafiəsi və başqa sahələrdə birgə layihələrin həyata keçirilməsi yolu ilə regionda əməkdaşlıq proseslərinin inkişafı məqsədini daşıyır.

Şərq Tərəfdaşlığı çərçivəsində yaradılmış əməkdaşlıq institutları

Vətəndaş Cəmiyyəti Forumu

Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində, Avropa İttifaqı və tərəfdaş ölkələrin qeyri-hökumət təşkilatları arasında aktiv əməkdaşlığa dəstəyin verilməsi üçün vətəndaş cəmiyyətinin qurumlaşması baş verdi. 2009-cu ilin noyabrın 17-də Brüsseldə bu məqsədlə, Vətəndaş Cəmiyyəti Forumunun (EaP Civil Society Forum – CSF) bünövrəsi qoyuldu.

Vətəndaş Cəmiyyəti Forumunun iclasları hər il keçirilir. Forumun iclaslarında Avropa İttifaqı və tərəfdaş ölkələr üçün tövsiyələr işlənib hazırlanır. CSF-nin işinin aparılması məqsədilə, hər bir tərəfdaş ölkədə milli platformalar yaradılmışdır. Hal-hazırda, Gürcüstanın milli platformasında 180 üzv və 5 assosiativ üzv yerli və beynəlxalq qeyri-hökumət təşkilatı birləşmişdir.

Yarandığından altı il ərzində, platforma vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşlərindən qurumlaşmış siyasi foruma çevrildi və Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrini (Ermənistanı, Azərbaycanı, Belorusiyanı, Gürcüstanı, Moldovanı və Ukraynanı) öz ideyaları və ən yaxşı təcrübənin paylaşılması məqsədilə birləşdirir və Avropa İttifaqının şərq qonşuluğunda Avropa inteqrasiyası prosesinin yayılması məqsədini daşıyır.

„AVRONEST“

„Şərq Tərəfdaşlığı”çərçivəsində „Avronest“ (Euronest)– əməkdaşlığın parlament assambleyası fəaliyyət göstərir və 2011-ci ilin mayın 2-3-də, Brüsseldə Avropa Parlamenti üzvləri və tərəfdaş ölkələrin parlamentlərinin əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradıldı.

Assambleya Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının 5 ölkəsinin (Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna və Moldova) 10-10 parlament üzvləri və Avropa Parlamentinin 60 deputatını özündə birləşdirir.

2020-ci ildən sonra Şərq Tərəfdaşlığı: Həyat qabiliyyətinin gücləndirilməsi – Hamı üçün Şərq Tərəfdaşlığı.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});