Avropa İttifaqı siyasi və iqtisadi birlikdir, onun məqsədi üzv dövlətlərin vətəndaşları üçün ədalətli və təhlükəsiz mühit yaratmaqdır.
Avropa İttifaqının tarixi
Əsrlər boyu Avropa qitəsində bir çox müharibə və münaqişələr, sonda isə XX əsrdə baş vermiş iki dağıdıcı dünya müharibəsi Avropa liderlərinin siyasi və iqtisadi inteqrasiya yolu ilə mümkün olacağına inandıqları vahid Avropa ideyasını doğurdu.
Jan Monenin ideyasından ilhamlanan Fransanın xarici işlər naziri Robert Şuman 1950-ci il mayın 9-da Avropanın kömür hasilatı və polad istehsal edən ölkələrinin ittifaqının yaradılması təşəbbüsü ilə çıxış etdi. Plana əsasən, birliyin bir vaxtlar müharibə aparan əyalətlərində kömür hasilatı və polad istehsalı birləşdirilərək ümumi ali hakimiyyətin tabeliyinə veriləcəkdi. Altı dövləti – Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Hollandiyanı birləşdirən “Avropa Kömür və Polad Birliyi” 1951-ci ildə yaradılmışdır. Nəticədə müharibə üçün lazım olan xammal (polad və kömür) barışıq və sülh alətinə çevrildi. Uğurlu əməkdaşlıq aydın göstərirdi ki, inteqrasiya prosesi dəyişməzdir və daha da dərinləşdirilməlidir.
Avropa İttifaqının inkişaf mərhələləri – əsas müqavilələr
Daha sabit və təhlükəsiz mühit yaratmaq, üzv dövlətlər arasında siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədilə, Avropa İttifaqı özünün çoxsahəli strukturunu daim inkişaf etdirmiş və nəticədə dünyada analoqu olmayan bir ittifaq formalaşdırmışdır.
Avropa İttifaqının əsas qanunvericiliyi üzv dövlətlər tərəfindən imzalanmış, Avropa İttifaqının siyasətlərinin əsasını qoyan və onun qurumsal strukturunu, qanunvericilik prosedurlarını və əsas səlahiyyətlərini müəyyən edən müxtəlif müqavilələrdir.
Avropa İttifaqının fokusunda
Avropanın sülh təşəbbüsü
Avropanın “Rəqəmsal Kompası” – 2030-cu ilə qədər daha güclü Avropa
Avropanın Yaşıl Sazişi
Avropa İttifaqının genişlənməsi
Avropada bərabərlik, iqtisadi güclənmə və kövrək təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə yaradılan təşkilatda ilkin olaraq altı Avropa dövləti birləşdi. Onların əməkdaşlığının və inteqrasiyasının müsbət nəticələri zaman keçdikcə digər Avropa ölkələrini də İttifaqa qoşulmaq istəyinə sövq etdi. Bunun nəticəsidir ki, Avropa İttifaqında bütün tarixi boyu yeddi genişlənmə dalğası nəticəsində bu gün 27 Avropa dövləti birləşib.
27 ölkə
Avropa İttifaqı qurumları
Avropa İttifaqı vahid təsisat təşkil edən müstəqil qurumlardan ibarətdir və eyni zamanda Avropa İttifaqının müqavilələri və nizamnamələri əsasında fəaliyyət göstərən, onların qəbul etdiyi müddəalara, direktivlərə və tövsiyələrə uyğun fəaliyyət göstərən müstəqil qurumlardır.
Əsas qurumların binalarının fotoşəkilləri:
Avropa Parlamenti
Avropa İttifaqı Şurası
Avropa Şurası
Avropa Komissiyası
Avropa Ədalət Məhkəməsi
Avropa Auditorlar Məhkəməsi
Avropa Mərkəzi Bankı
Avropa İttifaqının qonşuluq siyasəti
Avropa İttifaqı üçün onun qonşuluğunda sabitlik və təhlükəsizlik məsələsi vacibdir. Məhz bu məqsədlə Avropa İttifaqı şərq və cənubdakı qonşuları ilə əməkdaşlığı əhatə edən “Avropa Qonşuluq Siyasətini” yaradıb.
Avropa İttifaqı qonşuları ilə ümumi dəyərləri (demokratiya, insan hüquqları və qanunun aliliyi) qorumaq üçün ikitərəfli tərəfdaşlıq formatında əməkdaşlıq edir, eyni zamanda bazar iqtisadiyyatını və davamlı inkişafı inkişaf etdirmək üçün birlikdə çalışır . Bunun üçün Avropa İttifaqı qonşularına maliyyə və texniki yardım edir.
Avropa İttifaqının tarixindən fotolar
9 may 1950-ci il, Şuman bəyannaməsinin təqdimatı.
16 aprel 1951-ci il, Paris sazişi.
27 mart 1957-ci il, Roma müqaviləsi.
8 aprel 1965 - Brüssel müqaviləsi ( Marger müqaviləsi)
1979 - Strasburqda ilk birbaşa seçilmiş Avropa Parlamenti.
14 iyun 1958-ci il, Şengen sazişi.
17 fevral 1986 - Vahid Avropa Aktı.
7 fevral 1992 - Maastrixt sazişi.
2 oktyabr 1997 - Amsterdam sazişi.
26 fevral 2001 - Nitsa sazişi.
13 dekabr 2007 - Lissabon sazişi.
Bilirsinizmi ki?
Litva Seyminin sədri Viktoras Prantsketisin təşəbbüsü ilə 2018-ci ilin may ayından Litva Gürcüstanı “Qruziya” əvəzinə “Gürcüstan” (Sakartvelo) adlandırır.
Avropa İttifaqında 24 rəsmi dil var
Hər dəfə Avropa İttifaqı genişləndikdə, yeni üzv dövlətin rəsmi dili eyni vaxtda Avropa İttifaqının rəsmi dillərindən birinə çevrilir. Sözügedən siyasətin məqsədi Avropa İttifaqının öz vətəndaşları ilə ana dilində ünsiyyət qurması, Avropanın zəngin dil müxtəlifliyini qorumaq, Avropada dillərin öyrənilməsini dəstəkləməkdir. Avropa İttifaqı qurumları tərcüməçilər üçün dünyanın ən böyük işəgötürənləridir.
14 iyun 1985-ci ildə Lüksemburqun Şengen şəhərində “Avropa İttifaqı ölkələri arasında pasport gömrük nəzarətinin ləğvi haqqında” saziş imzalandı.
Müqaviləyə əsasən, Belçika, Almaniya, Fransa, Lüksemburq və Hollandiya ümumi sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə və imzaçı üzv dövlətlərin, digər üzv dövlətlərin və ya üçüncü ölkələrin vətəndaşları üçün hərəkət azadlığının tətbiqinə razılıq verdilər. Hal-hazırda Şengen Sazişinə aşağıdakılar daxildir:
Avropa İttifaqının 22 üzv dövlətləri: Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya və İsveç ;
Avropa İttifaqına daxil olmayan 4 Avropa ölkəsi: İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn.
Qeyd edək ki, Şengen zonasına 4 namizəd ölkə var: Bolqarıstan, Kipr, Xorvatiya və Rumıniya.
Böyük Britaniya və Avropa İttifaqının üzvü İrlandiya Şengen zonasının üzvü deyil.
Kiprin yalnız yunan (cənub) hissəsi Avropa İttifaqının üzvüdür, türk (şimal) hissəsi isə üzv deyil.
2004-cü ilin aprelində Kipr Respublikasının Avropa İttifaqına rəsmən üzvlüyünə bir neçə gün qalmış,
adanın hər iki tərəfində Kiprin birləşməsi ilə bağlı (“Annan planı” adlanan planının təsdiqlənməsinə dair) referendum keçirildi. Kiprin türk hissəsi planın lehinə 64,9%, yunanlar isə 24,2% səs verib. Nəticədə, 2004-cü ildə Kipr Respublikası ölkənin yalnız cənub, yunan hissəsi olaraq, Avropa İttifaqına qoşuldu.
Avropa Parlamentində ən çox nümayəndə Almaniyadandır - 96, Malta isə ən azdır - 6 nəfərdir
Bu rəqəm üzv ölkənin əhalisindən asılıdır. Buna baxmayaraq, kiçik ölkələr ən yaxşı şəkildə bu mexanizm vasitəsilə öz mövqelərini ifadə edə və fikirlərini bölüşə bilirlər.
Avropa Günü mayın 9-da qeyd olunur
1950-ci ilin bu günündə Avropa İttifaqının əsası qoyulub. Fransanın xarici işlər naziri Robert Şuman, hətta Fransa və Almaniya kimi tarixi rəqiblər arasında müharibəni “nəinki ağlasığmaz, həm də maddi cəhətdən qeyri-mümkün” etmək üçün Avropa ölkələrinin strateji resurslarının birləşdirilməsini nəzərdə tutan plan təqdim etdi .
2012-ci il oktyabrın 12-də Avropa İttifaqı sülh, demokratiya və insan hüquqlarının müdafiəsinə verdiyi töhfəyə görə Nobel mükafatına layiq görülüb.
Avropa İttifaqının yaradılması ideyasının müəllifi olan fransız siyasətçisi Jan Mone Avropa Kömür və Polad İttifaqının Avropa Komissiyasının ilk prezidenti təyin edilib.
Avropa İttifaqının bayrağındakı 12 ulduz 12 üzv dövləti təmsil etmir.
12 rəqəmi Avropa İttifaqınin, ümumi fərdiliyin və mükəmməlliyin simvoludur.
Avropa İttifaqının himni "Sevinc qəsidəsi " məşhur alman bəstəkarı Lüdviq van Bethovenin hələ 1823-cü ildə bəstələnmiş doqquzuncu simfoniyasının bir hissəsidir.
Avro Avropa İttifaqınin rəsmi valyutasıdır və 300 milyona qədər avropalı üçün yeganə pul vahididir.
Avropa İttifaqının vahid bazarının təməl daşı malların, xidmətlərin, kapitalın və insanların “Dörd Azadlıq” kimi tanınan sərbəst hərəkətidir.
Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişi (DCFTA) Gürcüstana Avropa İttifaqının daxili bazarının dörd azadlığından üçünü tədricən qəbul etməyə imkan verir: malların, xidmətlərin və kapitalın sərbəst hərəkətini. Dördüncü azadlıq – insanların sərbəst hərəkəti viza rejiminin liberallaşdırılması prosesi ilə asanlaşdırılır.
Avropa Parlamenti Avropa İttifaqında yeganə birbaşa seçilən qurumdur və hər 5 ildən bir Avropa İttifaqı vətəndaşları tərəfindən seçilir.
Avropa İttifaqının siyasi mərkəzləri Brüssel, Strasburq, Lüksemburq, Haaqa və Frankfurtda yerləşir.
Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) Gürcüstanda yeganə beynəlxalq monitorinq mexanizmidir.
Onun funksiyası: hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq, işğal xəttinin hər iki tərəfində yaşayan yerli əhalinin təhlükəsiz və normal həyatının bərpasına şərait yaratmaq, etimadı bərpa etmək və yerində təhlükəsizlik və insan hüquqları baxımından mövcud vəziyyət barədə – o cümlədən, Rusiyanın atəşkəs razılaşmasını pozması faktları və qərəzsiz məlumatların verilməsi baxımından beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.
Vahid Avropa Aktı ümumi bazarın yaradılmasına və institusional dəyişikliklərin həyata keçirilməsinə yönəlib
Avropa Şurası Vahid Avropa Aktı ilə yaradılmış, Parlament Assambleyası rəsmi olaraq Avropa Parlamenti adlandırılmış və onun səlahiyyətləri artırılmış, Avropa Komissiyasının səlahiyyətləri artırılmış, Birinci İnstansiya Məhkəməsi yaradılmışdır, hazırda isə Ümumi Məhkəmə adlanır. Vahid Avropa Aktı bir neçə yeni siyasi istiqaməti daxil edib: daxili bazar, iqtisadi və sosial birlik, ümumi xarici siyasət və sosial siyasət – sağlamlıq və təhlükəsiz iş mühiti.
Lissabon sazişi nəticəsində Avropa vətəndaşlarına qanunvericilik təşəbbüsü (European Citizens’ Initiative) hüququ verilib.
Avropa İttifaqına üzv ölkələrin dörddə birini təqdim edən Avropa İttifaqının vətəndaşlarının hüququ var ki, üzv ölkələrin səlahiyyətlərini Avropa İttifaqı üçün verdikləri sahələrə münasibətdə qanunvericiliyin təşəbbüs edilməsinə birbaşa Avropa Komissiyasını çağırsınlar.
Avropa İttifaqı Şurasının işinin əsas prinsipi 6 aylıq müddətə növbə ilə iclaslara sədrlik etməkdir və bu da görüşlərə sədrlik edir və ümumi siyasi gündəliyi müəyyən edir.
Avropa İttifaqı qadın alimləri mümkün qədər dəstəkləyir və müxtəlif proqramlar vasitəsilə onları layihə və ya təşəbbüs vasitəsilə öz fəaliyyətlərini inkişaf etdirməyə həvəsləndirir.
Belə müsabiqələrdən biri də Avropa İttifaqının Gənc Qadın İnnovatorlar Mükafatıdır – məqsədi innovasiya istiqamətində qadınların rolunu dəstəkləmək və qadın innovatorların hər il mükafatlandırılmasını nəzərdə tutur.
1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində Maastrixt müqaviləsi kimi tanınan Avropa İttifaqı haqqında (Treaty on European Union) Müqavilə imzalandı.
Bu müqavilənin imzalanması ilə Avropa Birliyi Avropa İttifaqına çevrildi və iqtisadi tərəflə yanaşı, siyasi aspekt də qazandı.
Avropaya inteqrasiya Gürcüstan vətəndaşları üçün dünyanın aparıcı Avropa ali təhsil müəssisələrində təhsil almaq və həmçinin müasir Avropa orta təhsilinin yeniliklərini bölüşmək üçün daha çox imkanlar deməkdir.
“ERASMUS+” proqramında iştirak edən ölkələr arasında Gürcüstan son bir neçə ildə ilk on uğurlu ölkələr sırasında mövqeyini davamlı olaraq qoruyub saxlayır.
Gürcüstandan olan 6509 tələbə artıq 2015-2020-ci illərdə Avropa İttifaqının “ERASMUS+” proqramının maliyyəsi ilə Avropanın aparıcı universitetlərində ali akademik təhsil alıb.
Avropa İttifaqı 2021-2027-ci illərdə ERASMUS+ proqramına 26 milyard avro ayırıb.
Müəllimlərin yoldaşlıq proqramı " eTwinningPlus" Avropa İttifaqı və qonşu ölkələrdəki məktəblər arasında əməkdaşlığı dəstəkləmək üçün yaradılmış onlayn platformadır.
Platformanın məqsədi müəllimlərə, məktəb rəhbərliyinə və məktəbdə çalışan digər işçilərə bir-biri ilə əlaqə saxlamağa və əməkdaşlıq etməyə dəstək verməkdir. Platforma vasitəsilə onlara fikir mübadiləsi aparmaq və birgə təlim layihələri hazırlamaq imkanı verilir. Proqram gürcü və avropalı müəllimlərə dostluq etməyə, ünsiyyət qurmağa və təcrübə mübadiləsi aparmağa imkan verir.
Şengen zonasının xarici sərhədləri ciddi nəzarət altındadır və onun daxilində pasport yoxlamaları aparılmır.
Şengen sazişi müəyyən edir ki, Şengen zonasına daxil olan dövlətlər arasında sərhədlər ləğv edilməli, xarici sərhədlər gücləndirilməlidir. Ölkələr miqrantlara münasibətdə ümumi məlumat bazası və ümumi polis-məhkəmə sisteminin fəaliyyətini tələb edən ümumi siyasət aparmağa borcludurlar.
1997-ci il oktyabrın 2-də Hollandiyanın paytaxtı Amsterdamda imzalanan müqavilə ilə həm Avropa İttifaqının, həm də ona üzv olmayan ölkələrin insan hüquqlarının müdafiəsi Avropa İttifaqını təsis edən Müqavilə çərçivəsində birləşdirildi.
Avropa Mərkəzi Bankı Avropa İttifaqının iqtisadi və pul siyasətinin hazırlanması və həyata keçirilməsinə cavabdehdir.
Onun əsas məqsədi aşağıdakıları təmin etməkdir: qiymət sabitliyi və maliyyə bazarlarına və qurumlarına nəzarət vasitəsilə sabit maliyyə sistemini qoruyub saxlamaq.
Avropa Mərkəzi Bankı tamamilə müstəqildir və nə onun, nə də milli mərkəzi bankların və ya onların idarəetmə orqanlarının Avropa İttifaqının hər hansı digər orqanından tövsiyələr tələb etmək və ya almaq hüququ yoxdur.
Avropa Auditorlar Məhkəməsi Avropa İttifaqının qurumlarından biridir və Avropa İttifaqının maliyyəsini yoxlayır.
Onun əsas məqsədi Avropa İttifaqının maliyyə idarəçiliyini təkmilləşdirmək və dövlət fondlarından vəsaitlərin xərclənməsi prosesi haqqında hesabat hazırlamaqdır. Məhkəmə 1975-ci ildə yaradılıb və Lüksemburqda yerləşir.
Avropa Ədalət Məhkəməsi iki ayrı-ayrı məhkəmədən ibarətdir: Ədalət Məhkəməsi (Court of Justice) və Ümumi Məhkəmə (General Court).
Məhkəmə bu və ya digər qanunun bütün üzv dövlətlərdə eyni şəkildə tətbiq olunmasını təmin etmək üçün Avropa İttifaqının qanunlarını şərh edir. Məhkəmə həmçinin Avropa İttifaqı hökumətləri və qurumları arasında mübahisələrə də baxır. Bundan əlavə, Avropa İttifaqının qurumlarının onların hüquqlarını pozduğunu hesab edən şəxslər, şirkətlər və təşkilatlar məhkəmələrə müraciət edə bilərlər. Məhkəmə 1952-ci ildə yaradılıb və Lüksemburqda yerləşir.
2014-cü il iyunun 27-də imzalanmış Assosiativlik Sazişi ilə Gürcüstan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə keçdi və Gürcüstanın ardıcıl və sürətli inkişafına təkan verdi.
Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişinin (DCFTA) tərkib hissəsi olduğu saziş ölkənin siyasi, sosial və iqtisadi həyatının demək olar ki, bütün sahələrini əhatə edir.