Avropa İttifaqının genişlənməsi

Avropada bərabərlik, iqtisadi güclənmə və kövrək təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə yaradılan təşkilatda ilkin olaraq altı Avropa dövləti birləşdi. Onların əməkdaşlığının və inteqrasiyasının müsbət nəticələri zaman keçdikcə digər Avropa ölkələrini də İttifaqa qoşulmaq istəyinə sövq etdi. Bunun nəticəsidir ki, Avropa İttifaqında bütün tarixi boyu yeddi genişlənmə dalğası nəticəsində bu gün 27 Avropa dövləti birləşib.

Birinci genişlənmə  – Böyük Britaniya, Danimarka, İrlandiya
1960-74-cü illərdə Qərbi Avropada iqtisadi artım dövrü idi. İstehlakçının alıcılıq qabiliyyəti demək olar ki, iki dəfə artmışdı. Bu uğur da, öz növbəsində, iqtisadi birliklərə qoşulmaq istəyən Böyük Britaniyanı maraqlandırırdı. Birliyə qoşulmaq üçün ilk müraciəti 1961-ci ildə baş nazir Makmillan etmişdi, lakin Fransa prezidenti Şarl de Qoll Britaniyanın Avropa İttifaqına daxil olmasına veto qoymuşdu. Böyük Britaniyanın ikinci cəhdindən sonra İrlandiya və Danimarka ona qoşuldu və artıq 1973-cü ildə bu üç ölkə Avropa İttifaqınə üzv oldu. Həmin il Norveç Avropa İttifaqına daxil olmalı idi – lakin qeyd olunan məsələ ilə bağlı referendumun nəticələrinə görə, o, İttifaqa daxil olmaqdan imtina etdi. Qeyd edək ki, Norveç Şengen zonasının üzvü olsa da, hələ də Avropa İttifaqının üzvü deyil.

İkinci və üçüncü genişlənmələr – Yunanıstan, İspaniya və Portuqaliya
1980-ci illərin əvvəllərində Avropa İqtisadi Birliyinin növbəti genişlənməsi başladı. 1969-1974-cü illərdə münasibətləri dondurulan Yunanıstan ölkədə demokratiyanı bərpa edə bildi və Avropa İttifaqına üzv olmaq üçün ilk rəsmi müraciətini verdi. Avropa Komissiyası əvvəlcə Yunanıstanı qəbul etməkdən imtina etdi, çünki ölkə iqtisadi inkişaf meyarlarına cavab verə bilmədi. Buna baxmayaraq, Nazirlər Şurası və Avropa Şurası canlanan demokratiyanı və orada kommunizmin yayılmasını itirməmək üçün (bu, real təhlükə idi) Yunanıstanın yüksək siyasi əhəmiyyətinə görə, Avropa İttifaqına qəbul edilməsinin tərəfdarı idi. Lakin Yunanıstanın birliyə daxil olması İspaniya və Portuqaliyanın Avropa İttifaqı ilə daha sıx inteqrasiya etmək istəkləri ilə də üst-üstə düşdü. Yunanıstan kimi İspaniya və Portuqaliya da hərbi diktaturadan yenicə azad olmuş ölkələr idi. Yunanıstan 1981-ci ildə, Portuqaliya və İspaniya isə 1986-cı ildə Avropa İttifaqına üzv olub.

Dördüncü genişlənmə – İsveç, Avstriya, Finlandiya
1995-ci ildə Avropa İttifaqında daha bir genişlənmə baş verdi. Avropa Azad Ticarət Zonasının üç ölkəsi – İsveç, Avstriya və Finlandiya – Avropa İttifaqınin on üçüncü, on dördüncü və on beşinci üzvü oldular. Bu genişlənmə Avropa İttifaqı üçün ən ağrısız oldu, çünki ümumi Avropa büdcəsi üçün aldıqları puldan daha çox pul çıxarmaq gücünə malik olan yüksək inkişaf etmiş ölkələr onun sıralarına qoşuldular . Digər tərəfdən, Avropa İttifaqının yeni üzvləri təhlükəsizlik təminatlarını gücləndirməklə yanaşı, iqtisadi inkişafın da yüksək tempini təmin etdilər. Əvvəlcə üzvlüyə namizəd kimi qəbul edilən Norveçə gəlincə, o, ikinci dəfə İttifaqa daxil olmaqdan imtina etdi. Burada qeyd etmək lazımdır ki, Norveç İttifaqa qoşulmaqdan imtina etməsinə baxmayaraq, hələ də Avropa qitəsinin ən inkişaf etmiş ölkəsi olaraq qalır.

Beşinci Genişlənmə
Avropa İttifaqınin beşinci genişlənməsinin məqsədi Sovet hakimiyyətindən azad olmuş Şərqi və Mərkəzi Avropa ölkələrini inkişaf etdirmək və Avropa İttifaqına daxil olmaqla Qərbi Avropa ölkələrinin həyat səviyyəsini bərabərləşdirmək idi. Bu məqsədlə 2004-cü ildə 10 ölkə Avropa İttifaqına qoşuldu: Litva, Latviya, Estoniya, Çexiya, Slovakiya, Sloveniya, Macarıstan, Polşa, Malta və Kipr. Avropa İttifaqı üzvlərinin sayı 25-ə çatdı.

Altıncı Genişlənmə
2008-ci ildə daha iki Qara dəniz ölkəsi, Rumıniya və Bolqarıstan Avropa İttifaqına qoşuldu. 2013-cü ildə bu günə qədərki sonuncu genişlənmə nəticəsində Xorvatiya olub. Bu proseslərin nəticəsidir ki, bu gün Avropa İttifaqı 28 suveren, müstəqil dövlətdən ibarətdir ki, onların ümumi məqsədi rifah və iqtisadi tərəqqi arzusudur və burada 508 milyon vətəndaş yaşayır.

Yeddinci Genişlənmə
2013-cü ildə Xorvatiya ən son genişlənmə nəticəsində Avropa İttifaqına üzv oldu.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});