Avropa İttifaqının tarixi

Əsrlər boyu Avropa qitəsində bir çox müharibə və münaqişələr, sonda isə XX əsrdə baş vermiş iki dağıdıcı dünya müharibəsi Avropa liderlərinin siyasi və iqtisadi inteqrasiya yolu ilə mümkün olacağına inandıqları vahid Avropa ideyasını doğurdu.

Jan Monenin ideyasından ilhamlanan Fransanın xarici işlər naziri Robert Şuman 1950-ci il mayın 9-da Avropanın kömür hasilatı və polad istehsal edən ölkələrinin ittifaqının yaradılması təşəbbüsü ilə çıxış etdi. Plana əsasən, birliyin bir vaxtlar müharibə aparan əyalətlərində kömür hasilatı və polad istehsalı birləşdirilərək ümumi ali hakimiyyətin tabeliyinə veriləcəkdi. Altı dövləti – Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Hollandiyanı birləşdirən “Avropa Kömür və Polad Birliyi” 1951-ci ildə yaradılmışdır. Nəticədə müharibə üçün lazım olan xammal (polad və kömür) barışıq və sülh alətinə çevrildi. Uğurlu əməkdaşlıq aydın göstərirdi ki, inteqrasiya prosesi dəyişməzdir və daha da dərinləşdirilməlidir.

Əsrlər boyu Avropa qitəsində çoxlu qanlı müharibələr baş verib və İkinci Dünya Müharibəsi Avropaya nəinki milyonlarla dünyasını dəyişmiş vətəndaş, eləcə də məhv edilmiş iqtisadiyyat və kövrək təhlükəsizlik gətirdi. Aydın idi ki, ölkələr arasında sülh ancaq iqtisadi və siyasi inteqrasiya yolu ilə əldə edilə bilərdi.

İlk dəfə Birləşmiş Avropa ideyasını Böyük Britaniyanın baş naziri, Uinston Çerçil 1946-cı ilin sentyabrın 19-da İsveçrədə, Zürix Universitetində çıxışında səsləndirmişdi: „Biz regional struktur ilə yenidən Avropa ailəsini yaratmalıyıq, bu da Avropa Birləşmiş Ştatları adlana bilər”. Amma Çerçilin bu ideyasının ardınca o zaman konkret tədbirlər görülməmişdi. Daha doğrusu, Çerçil Avropa birliyi haqqında Britaniyanın rəsmi mövqeyini ifadə etmirdi, çünki Birləşmiş Krallıq özünü qlobal qüvvə hesab edir və onun xarici siyasətinin üstün məsələsini də Amerika Birləşmiş Ştatları və müttəfiqləri ilə (keçmiş və mövcud müstəmləkələri ilə) münasibətləri təqdim edirdi. Qeyd ediləndən irəli gələrək, Böyük Britaniya Avropa Birliyi ideyasına mənfi münasibət göstərirdi.

Avropada inteqrasiyanın hesab nöqtəsi 1950-ci ilin mayın 9-u hesab edilir, bu zaman fransız siyasətçisi, Jan Monenin təşəbbüsünün həmin ölkənin xarici işlər naziri, Robert Şuman səsləndirdi və Qərbi Avropanın daş kömür və polad sənayelərinin birləşdirilməsi təklifi ilə çıxış etdi. Jan Monenin təşəbbüsünə əsasən, tarixən barışmaz düşmənlər – Fransa və Almaniya başqa Avropa ölkələri ilə birləşməli idilər ki, daş kömür və poladı təkbaşına emal etməsinlər. Hər hansı bir ölkənin müharibə aparması üçün iki şeyin lazım olduğuna görə: döyüş materialı hazırlanan polad və zavodların və dəmir yolunun enerji ilə təmin edilməsi üçün daş kömür. Bu, çox önəmli resursların istehsalının və satışının ümumi ali milli orqana (“ali hakimiyyətə”) tabe edilməsi əsas məqsədə xidmət edirdi – Almaniya və Fransanın dinc birgə həyatını təmin etsin və bu iki ölkənin iqtisadi və sonralar, siyasi qarşılıqlı münasibətlərini dərinləşdirsin.

Nəticədə, 1951-ci ildə Avropa Kömür və Polad Birliyi (European Coal and Steel Community) yaradıldı, buna altı dövlət daxil oldu – Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlandlar.

Bu ölkələrdə kömür və polad istehsalı və satışı ilə bağlı məsələləri idarə edəcək “Yüksək Səlahiyyət” (High Authority) adlanan müstəqil  supramilli (dövlətlərüstü) orqanın yaradılması qərara alındı. Jan Mone ali hakimiyyətin birinci prezidenti təyin edildi. 1953-cü ildə dəmir, kömür, filiz və dəmir qırıntıları üçün ümumi bazar yaradıldı; elə həmin il, bir az sonra, ümumi polad bazarı da yaradıldı.

İki ildən sonra İtaliyanın Messina şəhərində altı ölkənin xarici işlər nazirləri inteqrasiya prosesini (Messina təşəbbüsü kimi də tanınır ) davam etdirmək barədə razılığa gəldilər. Roma Müqaviləsi üçün əsas hazırlayan hökumətlərarası komitə yaradıldı və nəticədə Avropa İqtisadi Birliyinin – EEC-in əsası qoyuldu. Roma müqaviləsinin vacib aspekti gələcəkdə gömrük ittifaqının yaranmasına səbəb olan ümumi bazarın yaradılması haqqında razılaşma idi. Ümumi bazar Avropa İttifaqına üzv dövlətlər arasında malların, xidmətlərin, kapitalın və insanların hərəkəti baxımından maneələrin aradan qaldırılmasını nəzərdə tuturdu. Roma müqaviləsi eyni zamanda ümumi kənd təsərrüfatı və xarici ticarət siyasətinin formalaşmasını təmin etdi.

Romada ayrıca müqavilə ilə atom enerji sahəsində Avropa Birliyi, b.a. “Avroatom”  təsis edildi, onun məqsədi də Avropada atom enerjisinin ümumi bazarının yaradılması idi, özəlliklə də: atom enerji sənayesinin inkişafı, Birliyin üzv ölkələrinə enerji paylanması və qalan resursların qeyri-üzv ölkələrə satışı.

1967-ci ildə Brüssel müqaviləsi ilə (Merger Treaty) sözügedən üç təşkilatın: Avropa Kömür və Polad Birliyinin, Avropa İqtisadi Birliyinin (irəlidə Avropa Birliyi) və “Avroatomun” icraçı orqanlarının – komissiyanın (irəlidə Avropa Komissiyası) və Şuranın bir qurum sistemində birləşməsi baş verdi və bu da “Avropa Birlikləri” adlandırıldı. Adı 1992-ci ildə dəyişdi, Maastrixt müqaviləsinin əsasında və “Avropa Birlikləri” Avropa İttifaqına çevrildi.

Bu gün Avropa İttifaqı 446 milyon vətəndaşının sülh, firavanlıq və azadlığını təmin etmək məqsədi daşıyan 27 demokratik dövlətin unikal siyasi və iqtisadi birliyidir.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});