Avropa İttifaqı nədir?

Sülh və təhlükəsizlik, iqtisadi və sosial firavanlıq, üzv dövlətlərin mədəni varlığının və plüralizm, tolerantlıq, ədalət və həmrəylik kimi dəyərlərinin qorunması Avropa İttifaqının 27 üzv dövlətini və onun 446 milyonluq vətəndaşlarını birləşdirən ideyalardır.

Avropa İttifaqı son 70 ildə davamlı olaraq inkişaf edən misilsiz bir birlikdir. Avropa İttifaqı sazişləri, qanuna tabe aktları, Avropa İttifaqının qurumları tərəfindən qəbul edilən qərarları, direktivləri və tövsiyələri rəhbər tutur və bu da Avropa İttifaqının ümumi siyasəti ilə birlikdə Avropa İttifaqı Şurasının (milli hökumətləri təqdim edir), Avropa Parlamenti (xalqı təqdim edir), Avropa Komissiyası (Avropa İttifaqı orqanına üzv dövlətlərin hökumətlərindən müstəqildir və ümumi Avropa maraqlarını qoruyur) və digər Avropa İttifaqının təsisat və orqanlarının qəbul etdiyi qərarların nəticəsidir.

Avropa İttifaqı daha ədalətli və təhlükəsiz dünyada sülh, firavanlıq və azadlığı təmin etmək məqsədi daşıyan təkrarsız siyasi və iqtisadi birlikdir. Avropa İttifaqı insan ləyaqətinə hörmət, azadlıq, bərabərlik, qanunun aliliyi, habelə insan hüquqlarına hörmət kimi dəyərlərə əsaslanır. Bu dəyərlər Avropa İttifaqının 446 milyon vətəndaşı ilə münasibətdə plüralizm, tolerantlıq, ədalət, həmrəylik və bərabərlik ilə xarakterizə olunan 27 üzv dövləti birləşdirir.

Avropa İttifaqı haqqında Müqavilənin 2-ci maddəsi təşkilatın əsaslandığı dəyərləri müəyyən edir, xüsusilə də: insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarının qorunması, plüralizm, ayrı-seçkiliyə yol verilməməsi, tolerantlıq, ədalət, həmrəylik, qadın və kişi bərabərliyi. Bundan əlavə, Müqavilənin 4-cü maddəsinin 2-ci bəndində üzv dövlətlərin milli eyniliyinə hörmət edilməsinin zəruriliyi qeyd olunur. 6-cı maddə isə Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının icbari qüvvəsini tanıyır. Avropa İttifaqının məqsədləri Avropa İttifaqı haqqında Müqavilənin 3-cü maddəsində bəyan edilir ki, buna əsasən də Avropa İttifaqı sülhü, İttifaqın dəyərlərini və üzv dövlətlərin xalqlarının xoş güzəranını dəstəkləmək məqsədini daşıyır. Müqaviləyə əsasən, xoş güzəran nəzərdə tutur: iqtisadi artımı, qiymət sabitliyini, sosial bazar iqtisadiyyatını, daxili bazarın yaradılmasını, ətraf mühitin mühafizəsini, sosial ədalətin və mədəni müxtəlifliyin təmin edilməsini, eləcə də azadlıq, təhlükəsizlik və ədalət məkanının yaradılması və s.

Avropa İttifaqına üzvlük meyarları (Kopenhagen meyarları) və proseduru

Avropa İttifaqı haqqında Müqavilənin 49-cu maddəsinin I bəndinə əsasən, Avropa İttifaqı haqqında Müqavilənin 2-ci maddəsində sadalanan dəyərlərə hörmət edən və dəstəkləyən Avropa dövlətləri Avropa İttifaqına qoşulmaq üçün müraciət edə bilərlər. Sözügedən maddənin müddəalarına Avropa İttifaqına daxil olmaq üçün həm coğrafi, həm də siyasi meyarlar daxildir.

1993-cü ildə Kopenhagen (Danimarka) zirvə görüşündə Avropa Şurası Şərqi və Mərkəzi Avropa ölkələrinin aşağıdakı üç meyara cavab verdikləri halda, Avropa İttifaqına üzv olmaq hüquqlarını tanıyırdı:

Siyasi – demokratiya, qanunun aliliyi və insan hüquqlarına cavabdeh olan sabit qurumları olduğunda;
İqtisadi – fəaliyyət göstərən iqtisadi bazara malik olduğunda və Avropa İttifaqı hüdudlarında rəqabət təzyiqləri və bazar qiymətləri ilə ayaqlaşmaq iqtidarında olduğunda;

Hüquqi – Avropa İttifaqında müəyyən edilmiş qanunları və təcrübələri, xüsusən də siyasi, iqtisadi və pul birliyinin əsas məqsədlərini qəbul etdiyində.

Kopenhagen meyarlarına Avropa İttifaqının b.a. “Əldə etmənin” (Acquis)  həyata keçirilməsi aiddir, yəni üzvlükdən sonra bütün Avropa İttifaqı qanunları yeni dövlətlərdə də tətbiq edilir. Müqavilələr və ikinci dərəcəli ədalətlə yanaşı, Avropa İttifaqınin hüquq sistemi bütövlükdə Avropa İttifaqının “əldə etmiş” olduğu bir sıra bəyannamələr, təcrübələr və qərarlar toplusuna əsaslanır .

Avropa İttifaqına qəbul edilmə prosesi bir çox pillələrdən ibarətdir və bunların hamısı Avropa İttifaqına üzv olan bütün dövlətlər tərəfindən sanksiyalaşdırılmalıdır. Əvvəlcə üzv olmaq istəyən dövlət rəsmi olaraq Avropa İttifaqı Şurasına müraciət edir, bundan sonra bu barədə Avropa və milli parlamentlərə məlumat verilir. Şura Avropa Komissiyasını üzvlük üçün ərizə ilə bağlı rəy hazırlamağa çağırır. Komissiya ölkənin siyasi, hüquqi və iqtisadi vəziyyətini araşdırdıqdan sonra öz nəticələrini Şuraya göndərir, Şura üzvlük haqqında danışıqlara başlanılması barədə qərar qəbul edir;  qərar müsbət olduğu təqdirdə, qərarla bağlı danışıqlara başlanılır. Danışıqlar rəsmi şəkildə başa çatdıqdan sonra Avropa Parlamentinin rəsmi razılığı tələb olunur. Müzakirə və sonrakı islahatlar uğurla başa çatdıqdan sonra Şura namizəd ölkənin Avropa İttifaqına daxil olması barədə yekdilliklə qərar qəbul etməlidir. Qoşulma haqqında müqavilə əvvəlcə namizəd, sonra isə bütün Avropa İttifaqına üzv dövlətlər tərəfindən ratifikasiya edildikdə proses başa çatmış sayılır .

Avropa İttifaqını tərk etmək

Lissabon Müqaviləsindən əvvəl Avropa İttifaqının qanunvericiliyi üzv dövlətin Avropa İttifaqını tərk etməsi məsələsini nəzərdən keçirmirdi, halbuki nəzəri olaraq belə bir imkan beynəlxalq ictimai hüquq əsasında mövcud idi. Xüsusilə də, üzv dövlət mühitlərin dəyişməsi əsasında Avropa İttifaqını tərk edə bilərdi. Lissabon Müqaviləsi qüvvəyə mindikdən sonra üzv dövlətin konstitusiya tələbinə uyğun olaraq Avropa İttifaqını tərk etməsi Müqavilənin 50-ci maddəsi ilə tənzimlənir. Avropa İttifaqını tərk etmək istəyən üzv dövlət aşağıdakı prosedurlardan keçməlidir: qərarı əsaslandırmaq məcburiyyətində olmasa da, Avropa Şurasına qərar barədə məlumat verməlidir. Bundan sonra Avropa İttifaqı Avropa Şurasının təlimatlarını nəzərə alaraq, Avropa İttifaqını tərk etmək istəyən dövlətlə sazişin bağlanması ilə bağlı danışıqlar aparacaq, nəticədə bütün vacib detallar tənzimlənməli və gələcək əməkdaşlıq çərçivəsi yaradılmalıdır. Şura Avropa İttifaqı adından çıxış edərək, onu tərk etmək istəyən üzv dövlətlə müqavilə bağlayır.

Qərar kvalifikasiyalı səs çoxluğu ilə qəbul edilir, lakin ilk öncə, sözügedən məsələ üzrə Avropa Parlamentinin təsdiqi lazımdır. Üzv dövlət tərk etmə sazişinin qüvvəyə mindiyi tarixdən etibarən Avropa İttifaqını tərk etmiş hesab edilir. Əgər razılaşma əldə olunmasa, Avropa Şurasına tərk etmək istəyi barədə məlumat verildikdən 2 il sonra üzv dövlət avtomatik olaraq Avropa İttifaqını tərk edir (lakin Avropa Şurası Avropa İttifaqını tərk etmək istəyən dövlətin razılığı ilə bu iki illik müddəti uzada bilər). İki illik müddətin tətbiqi onu göstərir ki, istənilən üzv dövlət istəsə, İttifaqı tərk edə bilər. Avropa İttifaqının qərara mane olmaq hüququ yoxdur.

Qeyd edək ki, 2016-cı il iyunun 23-də keçirilən referendum əsasında Böyük Britaniya əhalisi Avropa İttifaqını tərk etməyə səs vermişdi. Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqlar iki il davam edirdi və Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, proses 2019-cu il martın 29-da başa çatmalı idi. Lakin Böyük Britaniya müddəti iki il uzatmaq üçün Avropa Şurasına müraciət edib. Uzun sürən danışıqlar nəticəsində Böyük Britaniya 31 yanvar 2020-ci ildə rəsmi olaraq Avropa İttifaqını tərk etdi.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});