Avropa İttifaqının qonşuluq siyasəti

Avropa İttifaqı üçün onun qonşuluğunda sabitlik və təhlükəsizlik məsələsi vacibdir. Məhz bu məqsədlə Avropa İttifaqı şərq və cənubdakı qonşuları ilə əməkdaşlığı əhatə edən “Avropa Qonşuluq Siyasətini” yaradıb.

Avropa İttifaqı qonşuları ilə ümumi dəyərləri (demokratiya, insan hüquqları və qanunun aliliyi) qorumaq üçün ikitərəfli tərəfdaşlıq formatında əməkdaşlıq edir, eyni zamanda bazar iqtisadiyyatını və davamlı inkişafı inkişaf etdirmək üçün birlikdə çalışır . Bunun üçün Avropa İttifaqı qonşularına maliyyə və texniki yardım edir.

2003-cü ilin martında Avropa İttifaqı “Genişlənmiş Avropa – qonşuluq: Şərqdə və Cənubdakı Qonşularımızla Münasibətlər üçün Yeni Çərçivə” sənədini təqdim etdi və Avropa İttifaqı Şurası tərəfindən bəyənildi və yeni qonşularla münasibətlərdə siyasi istiqamətin müəyyən edilməsi üçün arzu edilən platforma hesab edildi. Şura Avropa Komissiyasından Ukrayna, Moldova və Avropa İttifaqının assosiativ sazişləri olan Cənubi Aralıq dənizi tərəfdaş ölkələri üçün fəaliyyət planlarının hazırlanması üçün təkliflər təqdim etməyi xahiş edib. 2004-cü il iyunun 14-də Avropa İttifaqı Şurası Avropa Komissiyası tərəfindən hazırlanmış “Avropa İttifaqının Qonşuluq Siyasəti Strategiyasını” bəyənmiş və bunun əsasında üç Cənubi Qafqaz ölkəsi “Avropa Qonşuluq Siyasətinə”nə daxil edilmişdi.

Avropa Qonşuluq Siyasəti (ENP)  Avropa İttifaqının sərhədlərinin cənubunda şərqində yerləşən qonşu ölkələrə münasibətdə xarici siyasətidir və bu ölkələrlə əməkdaşlığın əsas mexanizmidir. Avropa qonşuluq siyasətinin məqsədi Avropa İttifaqının sabitliyini, təhlükəsizliyini və rifahını qonşu ölkələrlə bölüşməkdir. Əsas prinsiplərdən biri daxili islahatların həyata keçirilməsində qonşu ölkələrə kömək etmək istəyidir. Avropa Qonşuluq Siyasəti demokratiya, sabitlik və rifahı yaymaqla vahid və azad Avropa ideyasını həyata keçirməyə xidmət edən Avropa İttifaqı ilə qonşu ölkələr arasında siyasi, iqtisadi və mədəni yaxınlaşma prosesini dəstəkləyir.

Avropa İttifaqının qonşuluq siyasəti Avropa Komissiyası tərəfindən qonşu ölkələrlə əməkdaşlıq əsasında hazırlanan ölkə və ya region üçün strateji fəaliyyət planları əsasında həyata keçirilir. Sözügedən fəaliyyət planlarında Avropa Komissiyası siyasi və iqtisadi parametrləri müəyyən edir, bunun əsasında həmin ölkənin əldə etdiyi tərəqqi qiymətləndirilir.

Fəaliyyət planı qonşuluq təşəbbüsünün bütün ölkələri ilə münasibətlərdə ümumi prinsiplərə əsaslanır, amma onun məzmunu konkret ölkə ilə mövcud əməkdaşlığın səviyyəsinə, ölkənin ehtiyaclarına və ümumi maraqlarına görə fərqlənir. Fəaliyyət planının həyata keçirilmə prosesinə Avropa İttifaqının Xüsusi Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti nəzarət edir (European External Action Service) və ildə bir dəfə Avropa İttifaqı fəaliyyət planının icrasına dair hesabat dərc edir.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});