Avropa İttifaqının inkişaf mərhələləri – əsas müqavilələr

Daha sabit və təhlükəsiz mühit yaratmaq, üzv dövlətlər arasında siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədilə, Avropa İttifaqı özünün çoxsahəli strukturunu daim inkişaf etdirmiş və nəticədə dünyada analoqu olmayan bir ittifaq formalaşdırmışdır.

Avropa İttifaqının əsas qanunvericiliyi üzv dövlətlər tərəfindən imzalanmış, Avropa İttifaqının siyasətlərinin əsasını qoyan və onun qurumsal strukturunu, qanunvericilik prosedurlarını və əsas səlahiyyətlərini müəyyən edən müxtəlif müqavilələrdir.

Avropa İttifaqı dünyada analoqu olmayan strukturu daim inkişaf etdirib və indi də inkişaf etdirir. Avropa İttifaqının əsas qanunvericiliyi üzv dövlətlər tərəfindən imzalanmış, Avropa İttifaqı siyasətlərinin əsasını qoyan və onun qurumsal strukturunu, qanunvericilik prosedurlarını və əsas səlahiyyətlərini müəyyən edən müxtəlif müqavilələrdir.

Belə müqavilələr, məsələn: Roma Müqaviləsi , Vahid Avropa Aktı , Maastrixt , Amsterdam Lissabon müqavilələridir.

Roma müqaviləsindən Vahid Avropa Aktına qədər

„Avropa Daş Kömür və Polad Birliyinə” daxil olan altı ölkə arasında münasibətlər o qədər sabit və mütərəqqi xarakter aldı ki, az bir müddət ərzində “Avropa İqtisadi Birliyinin” yaradılması qərara alındı. Bunun əsasını da 1957-ci ildə Roma müqaviləsi qoydu.

1955-ci ildə, İtaliyanın Mesina şəhərində altı ölkənin (Fransanın, Almaniyanın, İtaliyanın, Belçikanın, Lüksemburqun və Niderlandların) xarici işlər naziri razılığa gəldilər ki, inteqrasiya prosesini davam etdirsinlər. Hökumət komitəsi yaradıldı və bu da Roma müqaviləsi üçün əsas hazırladı. 1957-ci ildə Romada Avropa İqtisadi Birliyinin müqaviləsi imzalandı. Həmin gün, ayrıca müqavilə ilə “Avroatom” (Atom enerji sahəsində Avropa Birliyi) təşkil edildi, onun məqsədi də Avropada atom enerjisinin ümumi bazarının yaradılması idi, özəlliklə də: atom enerji sənayesinin inkişafı, Birliyə üzv ölkələrə enerji paylanması və qalan resursların qeyri-üzv ölkələrə satışı.

Eləcə də Roma müqaviləsinin ən əsas nailiyyətlərindən biri ümumi bazarın yaradılması haqqında anlaşma idi ki, bunun ardınca da gələcəkdə gömrük ittifaqı formalaşdırılacaqdı. Ümumi bazar malın, xidmətin, kapitalın və insanların yerdəyişməsi tərəfindən Avropa Birliyinə üzv ölkələr arasında sədlərin ləğv olunmasını nəzərdə tuturdu. Roma müqaviləsi eləcə də ümumi kənd təsərrüfatı və xarici ticarət siyasətinin formalaşmasını təmin etdi.

1967-ci ildə (1965-ci ildə imzalanmış) Brüssel müqaviləsi ilə (eynilə Merger Treaty) sözügedən üç təşkilatın: Avropa Kömür və Polad Birliyinin, Avropa İqtisadi Birliyinin (irəlidə Avropa Birliyi) və “Avroatomun” icraçı orqanlarının – komissiyanın (irəlidə Avropa Komissiyası) və Şuranın bir qurum sistemində birləşməsi baş verdi və bu da “Avropa Birlikləri”  adlandı. Adı 1992-ci ildə dəyişdi, Maastrixt müqaviləsinin əsasında və  “Avropa Birlikləri” Avropa İttifaqına çevrildi.

1968-ci ildə Avropa Birliyinin Gömrük İttifaqı qüvvəyə mindi və bunun əsasını Roma müqaviləsi verdi. Gömrük ittifaqına əsasən, üzv dövlətlər arasında ticarət tarifləri ləğv olundu, eləcə də birliyə üzv olmayan ölkələrlə münasibətdə ümumi tariflər təsis olundu.

70-ci illərdə xarici siyasət sahəsində hökumətlərarası əməkdaşlığın inkişafı başlandı. 1970-ci ildən üzv dövlətlərin xarici işlər nazirləri kvartalda bir dəfə toplaşırdılar – xarici siyasi məsələlərin təhlili üçün. Daimi fəaliyyət göstərən siyasi katiblik yaradıldı. Sonralar, bu əməkdaşlıq bərqərar oldu və Avropa Siyası Əməkdaşlığı formalaşdı.

1974-cü ildə üzv dövlətlərin başçılarının ali səviyyədə görüşlərinin rəsmiləşdirilməsi həyata keçirildi; 1969-cu ildən ildə bir dəfə keçirildiyi halda, 1974-cü ildən bu cür görüşlərin ən azından iki dəfə keçirilməsi qərara alındı. Avropa Şurası çərçivəsində inteqrasiyanın əsas oriyentirləri müəyyənləşdirildi, bunun yaradılması da inteqrasiyanın hökumətlərarası xarakter elementinin güclənməsinə dəstək verdi.

ŞENGEN SAZİŞİ

1985-ci ilin iyunun 14-də Şengen Sazişi imzalandı, buna əsasən də, Belçika, Almaniya, Fransa, Lüksemburq və Niderlandlar razılığa gəldilər ki, ümumi sərhəd nəzarətini tədricən ləğv etsinlər və imzaçı üzv ölkələrin, başqa üzv ölkələrin və üçüncü dövlətlərin vətəndaşları üçün yerdəyişmə sərbəstliyini qəbul etsinlər.

Hal-hazırda Şengen müqaviləsi 26 ölkəni birləşdirir:

  • AVROPA İTTİFAQININ 22 ÜZV ÖLKƏSİNİ: Avstriyanı, Belçikanı, Çexiya Respublikasını, Danimarkanı, Estoniyanı, Finlandiyanı, Fransanı, Almaniyanı, Yunanıstanı, Macarıstanı, İtaliyanı, Latviyanı, Litvanı, Lüksemburqu, Maltanı, Niderlandları, Polşanı, Portuqaliyanı, Slovakiyanı, Sloveniyanı, İspaniyanı və İsveçi;
  • AVROPA İTTİFAQININ 4 QEYRİ-ÜZV ÖLKƏSİNİ:  İsveçrəni, Norveçi, İslandiyanı və Lixtenşteyni.
  • Qeyd edilən ölkələr birlikdə Şengen zonasını yaradırlar. ŞENGEN ZONASININ 4 NAMİZƏD ÖLKƏSİDİR: Bolqarıstan, Kipr, Xorvatiya və Rumıniya.
  • BÖYÜK BRİTANİYA VƏ İRLANDİYA Şengen zonasının üzvləri deyillər.

Şengen zonasının xarici sərhədləri çox ciddi nəzarət olunur, onun daxilində isə pasport yoxlanışı aparılmır. Şengen müqaviləsi təyin etdi ki, Şengen zonasına daxil olan dövlətlər arasında sərhədlər ləğv edilməlidir, xarici sərhədlər isə bərikidilməlidir. Ölkələr məcburdurlar ki, miqrantlara qarşı vahid siyasət tətbiq etsinlər, bu da məlumatların ümumi bazasının və ümumi polis-məhkəmə sisiteminin fəaliyyətini tələb edir.

 

VAHİD AVROPA AKTI

1986-cı ilin fevralın 17-də Lüksemburqda və fevralın 28-də Haaqada, Avropa Birliyinə üzv dövlətlər b.a. Vahid Avropa Aktına (Single European Act) imza atdılar. Bununla da Avropa Birliklərinin təsis etdikləri müqavilələrə əlavələr və dəyişikliklər daxil edildi və 1987-ci ilin iyulun 1-dən qüvvəyə mindi. Əvvəlcə Vahid Avropa Aktı hər şeyi əhatə edən müfəttişlik aktı idi, bunun əsasında da Avropa Siyasi Əməkdaşlığı təsis edildi. Özəlliklə də: Avropa Şurası Avropa İttifaqının qurumu kimi formalaşdı; birinci instansiya məhkəməsi yaradıldı; Parlament Assambleyası rəsmi Avropa parlamenti adlandırıldı; yeni normayaradıcı prosedur təsis etdilər – birgə qərar qəbuletmə proseduru, bununla da parlamentin rolu gücləndi; komissiyanın səlahiyyətləri də artdı; səs çoxluğu ilə qərar qəbul edilməsi proseduru elə sahələri əhatə etdi ki, buna qədər bunda qərar  yalnız təkbaşına qəbul edilirdi.

Ümumi bazarın yekun mərhələyə daxil edilməsi və daxili bazarın yaradılması üçün lazımi islahatların keçirilməsi gündəmə gətirildi, bu da mövcud sədlərdən (kvotalar, tariflər) və iqtisadi maneələrdən azad iqtisadi məkanın yaradılmasını nəzərdə tuturdu ki, burada belə adlanan “4 növ azadlığın”: malın, xidmətin, kapitalın və insanların yerdəyişməsi sərbəst baş verməli idi. Daxili bazarın yaradılması 1992-ci ilin dekabrın 31-i üçün başa çatdırılmalı idi.

MAASTRİXT MÜQAVİLƏSİ

Berlin divarının uçurulması, bunun ardınca da Almaniyanın birləşməsi, Mərkəzi və Şərqi Avropa ölkələrinin Sovet nəzarətindən qurtulması baş verdi, eləcə də 1991-ci ilin dekabrında Sovet İttifaqının parçalanması və vacib demokratik proseslər Avropa siyasi strukturunun dəyişməsinə səbəb oldu.

1992-ci ilin fevralın 7-də Niderlandların Maastrixt şəhərində Avropa İttifaqı haqqında (Treaty on European Union) müqavilə imzalandı. Bu müqavilə də Maastrixt müqaviləsi kimi  tanınır. Bu müqaviləni imzalamaqla, Avropa Birləşmələri Avropa İttifaqına çevrildi və iqtisadi ilə yanaşı, siyasi aspekt də qazandı. Maastrixt müqaviləsi ilə, buna qədər mövcud müqavilələr – Paris  (1950-ci il) və Roma (1957-ci il) müqavilələri və Vahid Avropa Aktı  (1986-cı il) bir sənəddə cəmləşdilər.

Maastrixt müqaviləsi təyin etdi ki, Avropa İttifaqı üç əsas sütuna istinad etməlidir: birinci sütunda Avropanın mövcud birlikləri birləşdi (Avropa Birliyi, Avropa Daş Kömür və Polad Birliyi və Avropa Atom Enerjisi Birliyi). İkinci sütuna ümumi xarici və müdafiə sütunu daxil oldu, üçüncüyə isə – məhkəmə və daxili işlərdə əməkdaşlıq.

Maastrixt Müqaviləsi Avropa İttifaqının üç əsas sütun üzərində qurulmasını müəyyən etdi: birinci sütun mövcud Avropa Birliklərini (Avropa İttifaqı, Avropa Kömür və Polad Birliyi və Avropa Atom Enerjisi Birliyi) birləşdirdi. İkinci sütunda ümumi xarici və müdafiə siyasəti, üçüncü sütunda isə ədliyyə və daxili işlər sahəsində əməkdaşlıq yer alıb.

Birinci sütun: bura daxil olan məsələlər kimi müəyyən edilmişdi: Gömrük ittifaqı, kənd təsərrüfatının ümumi siyasəti, vahid bazar, ticarət siyasəti. Amsterdam müqaviləsi ilə, sonralar bu sütuna başqa məsələlər də əlavə olundu.

İkinci sütun: növbəti məsələləri tənzimləyirdi: ümumi xarici siyasətin işlənilməsi məsələləri üzrə əməkdaşlıq, sülhməramlı missiyalar, qeyri-üzv ölkələr üçün yardım, Avropanın təhlükəsizlik, tərksilah və müdafiə üzrə maliyyələşdirmə məsələləri

Üçüncü sütun: bura daxil olan məsələlər idi: üzv ölkələrin polis və məhkəmə sistemlərinin mülki və cinayət işi məsələlərində əməkdaşlığı, irqçiliyə qarşı mübarizə, narkomaniya, terrorizm, mütəşəkkil cinayət, trafikinq və insan hüquqlarının pozulmasına qarşı  mübarizə.

Müqaviləyə əsasən, birinci sütunda məsələlər Avropa səviyyəsində təhlil edilirdi,  məsələ səslərin çoxluğu ilə həll olunurdu və burada həlledici rol Avropa Komissiyasına və Avropa Parlamentinə həvalə edilirdi, Şura ilə birlikdə. Qalan iki sütunda aparıcı rol Şuraya verildi – qərarlar milli səviyyədə qəbul edilirdi, üzv ölkə rəhbərləri və nazirlər tərəfindən. Bu qərarları qəbul etmək üçün çoxluğun deyil, bütövlükdə ölkənin razılığı lazım idi. İkinci və üçüncü sütunun məsələlərində, yəni ümumi xarici və müdafiə siyasətinin, eləcə də məhkəmə və daxili işlərə isə komissiya və parlament müdaxilə edə bilmirdi.

Buna səbəb o oldu ki, dövlətlər təhlükəsizlik, xarici siyasət, daxili işlər və ədalət kimi strateji önəmli məsələləri komissiyaya və parlamentə həvalə etmək istəmirdilər. Qeyd edilən orqanların təyinatını hər hansı konkret ölkə siyasətinin keçirilməsi deyil, ümumi Avropa maraqlarını qorumaq təqdim edirdi (yəni milliyətcə, məsələn, fransız olan Avropa komissiyasının və ya Avropa Parlamentinin üzvünün Fransanın adından hərəkət etmək və təkcə Fransa üçün faydalı qərarı dəstəkləmək hüququ yox idi).

Maastrixt müqaviləsi nəticəsində, Avropa Parlamentinin hökmranlığı da böyüdü. Özəlliklə də, birgə qərar qəbul edilməsi prosedurunu qəbul etməklə, Avropa Parlamentinə bərabər hüquq verildi ki, Şura ilə birlikdə qanunvericilik prosesində iştirak etsin, müəyyən sahələrdə. Komissiyanın tam tərkibinin təsdiqlənməsi üçün Avropa Parlamentinin razılığı lazım oldu. Bununla yanaşı, Avropa Parlamenti yanında Ombudsmen qurumu yaradıldı və ona hüquq verildi ki, Avropa İttifaqının hüquq pozuntusu faktlarını yoxlasın.

Maastrixt müqaviləsinə əsasən, Avropanın iqtisadi və valyuta ittifaqının yaradılması qərara alındı, bunu da iqtisadi siyasətin sıx koordinasiyası və vahid valyuta vahidinin qəbul edilməsi yolu ilə. Bu məqsədlə Avropa Mərkəzi Bankı yaradıldı. Milli vətəndaşlığa əlavə status kimi, Avropa İttifaqının vətəndaşlığının qəbul edilməsi qərara alındı. Eləcə də Maastrixt müqaviləsində vahid sosial siyasətin yaradılması haqqında söhbət aparılırdı, amma bu fəsli bütövlükdə götürdülər, çünki sosial siyasəti, xarici və gömrük siyasəti kimi, üzv dövlətlər ölkənin daxili işləri hesab edirdilər. Maastrixt müqaviləsi 1993-cü ildə qüvvəyə mindi.

AMSTERDAM MÜQAVİLƏSİ

1997-ci ildə Niderlandın paytaxtı Amsterdamda Amsterdam müqaviləsi ilə (Treaty of Amsterdam) tanınan müqaviləyə imza atıldı. Amsterdam müqaviləsi Maastrixtdə razılıq əldə edilməyən məsələlərdən ibarətdir. Hökumətlərarası konfransın əsas məqsədi elə bir təsisat sisteminin yaradılması idi ki, bu da Avropa İttifaqının gələcəkdə genişlənməsini və Şərqi Avropa ölkələrinin Avropa təsisatlarına inteqrasiyasını problemsiz təmin edəcəkdi. Buna baxmayaraq, Amsterdam müqaviləsinin qəbulu prosesində debatlar keçirilən əsas mövzular Avropa İttifaqının idarəetmə sisteminin “çevikliyinin” artırılmasına və “azadlıq, təhlükəsizlik və ədliyyə” sahəsinin yaradılmasına toxunulurdu. Çevikliyin artırılması Avropa İttifaqının idarəçi orqanlarının strukturlarının təkmilləşməsini nəzərdə tuturdu ki, həmin dövr üçün 15 üzvə çatmış Avropa İttifaqına daha yaxşı uyğunlaşdırılsın, bura yeni üzvlərin qəbulu yenə də planlaşdırılırdı.

Bu müqavilədə nəzərdə tutulmuş ikinci önəmli məsələ ədalət və daxili işlərdə əməkdaşlığın dərinləşdirilməsi idi. Viza rejimləri, sərhəd nəzarəti, sığınacaq verilməsi və imiqrasiya siyasəti, polis və mülki məsələlərdə məhkəmə sistemlərinin əməkdaşlığı, ümumiyyətlə, insan hüquqları və üzv ölkələrinin hüquqlarının müdafiəsi Avropa Birliyinin təsisçi müqaviləsi çərçivəsinə keçirdilər və Avropa İttifaqının kompetensiyalarının birinci sütununa  düşdü.

Ədalət və daxili işlərdə əməkdaşlıq sütununda polis və cinayət işi məsələlərində məhkəmə sistemlərinin əməkdaşlığı qaldı.

Bununla yanaşı, sosial siyasət və işlə təminat sahəsində Avropa Birliyinin kompetensiyaları genişləndi. Polis əməkdaşlığının aktivləşdirilməsi məqsədilə Avropa polisi yaradıldı – Avropol.

Amsterdam müqaviləsi ilə mühüm yeni vəzifə qəbul edildi –xarici və təhlükəsizlik məsələlərində Avropa İttifaqının ali nümayəndəsi və bu da eyni zamanda Şuranın baş katibi idi. Parlamentin səlahiyyətləri birgə qərarların qəbulu prosedurunun təsirinin kifayət qədər çox kompetensiya normasına yayılması yolu ilə böyüdü. Bundan başqa, komissiyanın prezidentinin namizədliyinə hökmən parlamentin razılığı olmalı idi.

AVRONUN QƏBUL EDİLMƏSİ

İqtisadi və valyuta ittifaqının həyata keçirilməsi 1999-cı ilin yanvarın 1-i üçün mümkün oldu, bu da Maastrixt müqaviləsi ilə təyin edilmişdi. Özəlliklə də, Avro, Vahid Avropa valyuta vahidi kimi, həmin gündən nəğdsiz hesablaşmada artıq istifadə edilirdi, 2002-ci ilin yanvarın 1-dən isə milli valyutaları nəğd hesablaşmada da əvəz etdi.

Hal-hazırda Avropa İttifaqına üzv 27 dövlətdən, Avropa zonasında yalnız 19 ölkə birləşmişdir (2020-ci ilin may ayı). Qalan ölkələrdə bu günə qədər milli pul vahidi dövriyyədədir. Avropa zonasında növbəti ölkələr birləşmişlər: Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya.

1999-cu il yanvarın 1-də iqtisadi-valyuta ittifaqı yaradıldı, onun yaradılması Maastrixt müqaviləsi ilə yaradıldı. Xüsusilə, avro vahid Avropa valyuta vahidi kimi həmin gündən nağdsız ödənişlərdə istifadə olunur və 2002-ci il yanvarın 1-dən etibarən nağd ödənişlərdə də milli valyutaları əvəz edir.

Hazırda Avropa İttifaqınə üzv olan 27 ölkədən yalnız 19 ölkə Avrozonada birləşib. Qalan ölkələrdə milli pul vahidi hələ də dövriyyədədir. Avrozonaya aşağıdakı ölkələr daxildir:

Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya.

Avropa zonasında birləşmək üçün Avropa İttifaqının başqa üzv ölkələri məcburdurlar ki, müəyyən meyarları ödəsinlər, o cümlədən: Avropa zonasına birləşənə qədər ölkə 2 il Avropanın mübadilə kursu  mexanizminə cəlb olunmalı idi (European Exchange Rate Mechanism).

Bununla yanaşı, Andoranın, Monakonun, San Marino və Vatikanın Avropa İttifaqı ilə rəsmi anlaşmaları var ki, rəsmi valyutaları kimi Avrodan istifadə etsinlər.  Kosovo və Monteneqro birtərəfli avro təsis etdi, Kosova və Monteneqro avronu birtərəfli qəbul etsələr də, rəsmi olaraq Avrozonanın hissəsini təqdim etmirlər və Avropanın Mərkəzi bankında və Avropa Qrupunda nümayəndələri yoxdur ki, bu da Avropa zonası ölkələrinin maliyyə nazirlərindən ibarətdir və Avropa zonası və avro ilə münasibətdə siyasi qərarları qəbul edir.

NİTSA SAZİŞİ

2000-ci ilin dekabrında, hökumətlərarası konfrans Fransanın Nitsa şəhərində müqaviləni (Treaty of Nice) işləyib hazırladı. Ona 2001-ci ilin fevralında imza atıldı, qüvvəyə isə 2003-cü ilin fevralında mindi. Müqavilənin əsas məqsədi genişlənmənin yeni dalğası üçün qurum əsasının hazırlanması idi. Nitsa müqaviləsi ilə orqanların tərkibi və hər bir üzv dövlət üçün verilən səslərin sayı haqqında şurada çoxluğun qərar qəbul etməsinin yeni qaydaları müəyyənləşdirildi və burada xüsusi diqqət demoqrafik məsələyə verildi (qeyd edilən sistem Lissabon müqaviləsi ilə əvəz edildi). Avropa Parlamentinin səlahiyyətləri daha da artdı, özəlliklə də birgə qərar qəbul edilməsi proseduru daha çox kompetensiya normasını əhatə etməyə başladı. Səs çoxluğu ilə qərar qəbul etmə proseduru bir çox kompetensiyanın normasına şamil edilirdi ki, bunların çərçivəsində də əvvəllər qərar yekdilliklə qəbul edilməli idi.

Nitsa zirvə görüşünün nəticələrindən biri Təməli Hüquqlar Xartiyasının  yekdilliklə qəbulu idi. Bu, Avropa məhkəməsində insan azadlığı, iqtisadi və sosial hüquqlar haqqında 50 bənddən ibarət toplu idi.

KONSTİTUSİYA MÜQAVİLƏSİ

Nitsa zirvə görüşündə qərara alındı ki, 2004-cü il üçün konfrans dəvət edilsin və bunun çərçivəsində də Avropa İttifaqı haqqında müqavilə və Avropa Birlikləri tərəfindən təsis edilmiş müqavilələrə yenidən baxılsın. 2001-ci ilin dekabrın 15-də, Leykendə (Belçika) Avropa Şurası tərəfindən qəbul edilən Bəyannamə əsasında b.a. “Avropa Konventi” yaradıldı və bu da üzv dövlətlərin başçılarının 15 nümayəndəsindən (bir nümayəndə bir dövlətdən), milli parlamentlərin 30 üzvündən (iki nümayəndə bir parlamentdən), Avropa Parlamentinin 16 üzvündən və komissiyanın 2 nümayəndəsindən ibarət idi. Konsultasiyalarda yaxın gələcəkdə Avropa İttifaqına üzv olacaq ölkələr də iştirak edirdilər. Konventin sədri olaraq Fransanın keçmiş prezidenti Valeri Jiskard D’esten təyin edildi. Avropa konventinə sənədlərin işlənilməsi tapşırıldı. Bu sənədlər üzv dövlətlər və Avropa Birlikləri arasında kompetensiyaların paylanması, əsas hüquqlar xartiyasının hüquqi statusunun müəyyənləşdirilməsi, milli parlamentlər statusunun təyin edilməsi və mövcud təşkilati struktur və mexanizmlər haqqında tövsiyələri əhatə edirdilər. 2004-cü ilin iyulun 17-18-də Brüssel zirvə görüşündə müəyyən dəyişikliklər daxil edildikdən sonra  Konstitusiya müqaviləsinin yekun mətni üzərində razılıq baş tutdu,  2004-cü ilin oktyabrın 29-da isə Romada  təntənəli şəkildə ona imza atıldı. Konstitusiya müqaviləsi hüquqi təbiəti ilə beynəlxalq müqavilə idi, amma qüvvəyə minmədi, çünki Fransa və Niderlandlarda keçirilən referendumlarda əhalinin əksəriyyəti ona qarşı səs verdi. Ekspertlərin fikrincə, bu prosesdə müəyyən mənfi rolu “konstitusiya” termini oynadı, çünki dövlətlə assosiasiya yaradırdı və müvafiq olaraq, onun qüvvəyə minməsi Avropa İttifaqının bir dövlət kimi yaranması ilə bağlı idi. Məlum oldu ki, bəzi üzv ölkələrin əhalisinin əksəriyyəti bu yenilik üçün hazır deyil.

LİSSABON SAZİŞİ

B.a. „İslahat müqaviləsi”. Onun tam adı „Avropa İttifaqı Haqqında Müqavilə və Avropa Birliyini təsis edən müqavilədə dəyişikliklərin əlavə edilməsi haqqında Lissabon müqaviləsidir“ və 2007-ci ilin dekabrın 13-də Lissabonda (Portuqaliyada) imzalanmışdır və 2009-cu ilin dekabrın 1-dən qüvvəyə mindi. Müqavilə məzmun cəhətindən Konstitusiya Müqaviləsinin mətninə uyğundur, amma bir qayda olaraq, dövlətlə assosiasiya yarada biləcək anlayışlar onda yox idi, məsələn: konstitusiya, bayraq, himn, Avropa qanunu və s. Müqavilənin əsasında  Avropa İttifaqına hüquqi subyektlik verildi. Bundan başqa, əsasən Avropa İttifaqının qurum sistemi ilə münasibətdə dəyişiklikləri nəzərə alırdı. Qeyd edilən müqavilənin məqsədi Avropa İttifaqı üçün daha güclü, vahid idarəetmənin yaradılması, səmərəli xarici siyasət və Avropa İttifaqının üzv ölkələri arasında qərarın qəbul edilməsinin nisbətən sadə sisteminin formalaşdırılması idi.

Lissabon anlaşmasına əsasən, Avropa İttifaqı Şurasının prezidenti və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik siyasətinin ali nümayəndəsinin vəzifələri yarandı.

Lissabon müqaviləsinin məqsədi Avropa İttifaqı səviyyəsində qərarların qəbul edilməsinin sadələşdirilməsi idi, bu da ona üzv dövlətlərin çoxluğu ilə yanaşı, zamanla daha da çətinləşirdi. Bu məqsədlə, yeni müqavilə veto hüququnun azaldılmasını nəzərdə tuturdu, əvəzinə, Avropa Parlamenti və Milli Parlamentin hüquqlarını artırırdı.

Səsvermə prosedurlarında dəyişikliklər edildi: 45-dən çox sahədə yekdillik prinsipi peşəkarların çoxluq prinsipi ilə əvəz edildi. Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən birgə qərar qəbuletmə proseduru birinci sütunun 83 sahəsinə şamil edildi və qərarın qəbulunun bu forması Avropa İttifaqının normativ aktlarının qəbulunda adi prosedur (Ordinary procedure) adlandı.

Başqa yeniliklərlə yanaşı, Lissabon razılaşması Avropa vətəndaşlarına qanunvericilik təşəbbüsü  European Citizens’ Initiative) hüququnu da verirdi, bu da onu bildirir ki,  Avropa İttifaqına üzv ölkələrin dörddə birini (hal-hazırda 27 üzv ölkədən ən azı 7 ölkə) təqdim edən Avropa İttifaqının milyon vətəndaşının hüququ var ki, üzv ölkələrin səlahiyyətlərini Avropa İttifaqı üçün verdikləri sahələrlə münasibətdə qanunvericiliyin təşəbbüs edilməsinə birbaşa Avropa Komissiyasını çağırsınlar.

Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Avropa İttifaqına üzv olan dövlətlərin hamısına istəkləri əsasında İttifaqı tərk etmək hüququ verilir.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});