NATO-Gürcüstan mühüm tədbirlər paketi
2014-cü ildə Uels sammitində müttəfiqlər Gürcüstanla əsas məqsədi NATO ilə uyğunluğu artırmaq, müdafiə qabiliyyətini inkişaf etdirmək və Gürcüstanı üzvlük üçün hazırlamaq olan mühüm paket hazırlamaq qərarına gəliblər. Əsas paketin həyata keçirilməsində bütün NATO üzvləri və iki tərəfdaş ölkə – İsveç, Finlandiya iştirak edib. Qeyd edək ki, 2020-ci ilin dekabrında NATO Xarici İşlər Nazirləri Gürcüstanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün mühüm elementləri özündə əks etdirən Gürcüstan üçün yenilənmiş Əsas Paketi (SNGP) təsdiqləyib.
2015-ci ilin avqustun 27-də Krtsanisi Milli Təlim Mərkəzinin ərazisində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) açılışı olmuşdur. JTEC daha bir uğurlu NATO-Gürcüstan birgə layihəsidir və ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Gürcüstanın müdafiə qüvvələrinin NATO ilə uyğunlaşmasına, həmçinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Təlim və qiymətləndirmə mərkəzindən təkcə Gürcüstan və Alyansa üzv dövlətlər deyil, həm də NATO tərəfdaşları faydalanır.
Əsas paketin mühüm layihələrindən biri 2016-cı ildə yaradılmış Müdafiə Təşkilatlarının Quruculuq Məktəbidir (Defence Institution Building School-DIB) . Onun əsas məsələsi təhlükəsizlik sektorunda yaxşı idarəçiliyi dəstəkləmək, müdafiə və təhlükəsizlik məsələlərində milli imkanları gücləndirmək, NATO-nun müvafiq strukturları, üzv və tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdir.
Madriddə keçirilən NATO sammitində Gürcüstanın müdafiə qabiliyyətini, dayanıqlığını və alyansla uyğunluğunu əhəmiyyətli dərəcədə artıracaq Gürcüstana uyğunlaşdırılmış yardım tədbirləri sənədinin təsdiq edilməsi barədə qərar qəbul edilib. Sənədin bəzi komponentləri mövcud SNGP təşəbbüslərini dəstəkləmək məqsədi daşıyan və eyni zamanda kompleks təhlükəsizlik mühiti kontekstində vacib olan yeni istiqamətləri özündə əks etdirən NATO-Gürcüstan substantiv paketi çərçivəsində həyata keçirilir.