İraqdakı missiya

2003-2008-ci illərdə Gürcüstanın Müdafiə Qüvvələri İraqda “Çoxmillətli Qüvvələr – İraqa” (Multi-National Force – Iraq) qoşulub. ABŞ-ın rəhbərlik etdiyi əməliyyatda koalisiyaya İraq hökumətinin effektiv müdafiə qüvvələrinin formalaşdırılması və müdafiə qabiliyyətinin inkişaf etdirilməsinin dəstəklənməsi və təmin edilməsi tapşırılmışdı. 2008-ci ildə 2200 gürcü hərbçisi İraqda xidmət edib və beləliklə, Gürcüstan missiyada hərbi personalın sayına görə üçüncü töhfə verən ölkə olub.

Gürcü bölmələrinin əsas vəzifələri tam spektrli əməliyyatlar, əsas obyektlərin mühafizəsi, patrul/axtarış, nəzarət-buraxılış məntəqəsi əməliyyatları, mühəndis təhlükəsizliyi əməliyyatları, hərbi hospital dəstəyi və müşayiət idi.

Müxtəlif səviyyələrdə keçirilən 19 rotasiya çərçivəsində İraqda beynəlxalq missiyada 8495 gürcü hərbçi iştirak edib. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı gürcü bölmələri öz vətənlərinə qayıdıb və bununla da Gürcüstan Müdafiə Qüvvələrinin İraqdakı missiyasını başa vurublar.

İraqda missiyanı yerinə yetirərkən 3 gürcü hərbçi həlak olub, 19-u yaralanıb.