Kosovodakı missiya

Gürcüstan Müdafiə Qüvvələrinin bölmələri 1999-2008-ci illərdə Kosovoda davam edən sülhməramlı əməliyyatlara (KFOR-Kosovo Forces) cəlb olunub.
Missiya Kosovoda hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq, beynəlxalq humanitar yardımı və BMT-nin Kosovodakı Müvəqqəti İnzibati Missiyasının işini asanlaşdırmaq məqsədi daşıyırdı.
İlk gürcü sülhməramlı iyirmiliyi keçmiş Yuqoslaviya Respublikasında 1999-cu ildə (beynəlxalq hərbi kontingent Kosovoda yerləşdirildikdən sonra) ortaya çıxıb. 34 nəfərlik gürcü iyirmiliyi Mamuşa şəhərində türk batalyonunun tərkibinə yazılmışdı. 2003-cü ildən Kosovodakı gürcü sülhməramlı kontingenti bir neçə dəfə artıb. 150 nəfərlik gürcü yüzlüyü alman briqadasının tərkibində Prizren şəhərinə gəlib. Bundan sonra Gürcüstan Silahlı Qüvvələrinin 180-dən çox nümayəndəsi daim Kosovoda olub. Onlar hər 7 aydan bir növbə ilə dəyişdirilirdi.
Gürcüstan Müdafiə Qüvvələri 2008-ci ildə Kosovodakı missiyasını 17 iyirmilik və 11 yüzlük rotasiyası ilə itkisiz başa vurub.