Çəkinmə və Müdafiə Siyasəti
NATO hərbi-siyasi ittifaqdır, onun əsas vəzifəsi öz vətəndaşlarının müdafiəsini təmin etmək və Şimali Atlantika bölgəsinin təhlükəsizliyini və sabitliyini dəstəkləməkdir. NATO eyni vaxtda istənilən istiqamətdən mövcud və gələcək çağırış və təhlükələrlə mübarizə aparmağı bacarmalıdır. Alyans hal-hazırda dəyişən təhlükəsizlik mühiti fonunda çəkinmə və müdafiə siyasətlərini gücləndirməyə davam edir.
Hazırda NATO bütün strateji istiqamətlərdən gələn açıq təhlükələr və çağırışlarla üzləşir, bunlar dövlət və qeyri-dövlət iştirakçıları; hərbi qüvvələr, terror, kiber və hibrid hücumlardır. Xüsusilə, Rusiyanın təcavüzkar hərəkətləri Avro-Atlantik təhlükəsizliyə və qaydalarına əsaslanan beynəlxalq nizamı pozur.
NATO-nun məsuliyyəti Müttəfiqlərin ərazilərini və əhalisini hücumlardan qorumaqdır. Vaşinqton müqaviləsinin 5-ci maddəsində kollektiv müdafiə prinsipi xüsusi qeyd edilir.
Çəkinməyə gəlincə, bu, NATO-nun strategiyasının əsas elementidir: münaqişə və müharibənin qarşısının alınması, müttəfiqlərin müdafiəsi, qərar və fəaliyyət azadlığının qorunması, fərdi azadlıq, demokratiya, insan hüquqları və qanunun aliliyi kimi prinsip və dəyərlərin qorunması. Azad cəmiyyətlərin və qaydalara əsaslanan beynəlxalq nizamın etibarlı transatlantik müdafiəyə ehtiyacı var.
COVID-19 pandemiyası göstərdi ki, Müttəfiqlərin davamlılığı NATO-nun çəkinmə və müdafiə siyasətinin tərkib hissəsidir. NATO virusun yayılmasının qarşısını almaq və şəxsi heyəti üçün riskləri azaltmaq üçün güclü tədbirlər görür. Müttəfiqlərin silahlı qüvvələri istənilən fövqəladə vəziyyətə cavab verməyə tam hazır vəziyyətdə olmaqla Alyans miqyasında milli mülki reaksiyanın dəstəklənməsində mühüm rol oynayır .
NATO-nun çəkinmə və müdafiə siyasəti nüvə, konvensiya və raketdən müdafiə imkanlarına əsaslanır. Eyni zamanda, NATO fəaliyyət azadlığına və bir sıra çağırışlara uyğun cavab vermək üçün çevikliyini saxlayır.