NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi ( JTEC)

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) NATO-nun Müdafiə Qabiliyyətinin İnkişafı Təşəbbüsünün bir hissəsi kimi, 2014-cü ilin avqustunda Uelsdə keçirilən NATO Sammitində qəbul edilmiş NATO-Gürcüstan Əsas Paketinin 15 təşəbbüsündən biridir.  O, 2015-ci ilin mayında  NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin işçi qrupunu yaradıb və 2015-ci ilin avqustunda isə NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Krtsanisidə mərkəzin açılışı olub. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi 2016-cı ilin mayında struktur bölmə kimi yaradılıb.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin funksiyasına müdafiə və təhlükəsizlik sektorunun gücləndirilməsi, islahatları, modernləşdirilməsi və transformasiyası, eləcə də Gürcüstanın müdafiə qüvvələrinin NATO ilə uyğunluğunun təkmilləşdirilməsi sahəsində Gürcüstana dəstək göstərmək daxildir. Eləcə də Mərkəz Gürcüstana alyansa üzv olmağa hazırlaşmağa kömək edir, regional sabitliyin möhkəmləndirilməsi prosesinə dəstək verir və aparıcı regional mərkəzə çevrilir.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin əsas məsələsi Gürcüstan Müdafiə Qüvvələrinin, NATO və tərəfdaş ölkələrin bölmələrinin səyyar və komanda-qərargah təlimləri keçirmək, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini təmin etmək və NATO standartlarına uyğunluğun təkmilləşdirilməsi məqsədilə təlim və qiymətləndirmənin aparılmasıdır.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi 4 tabeliyində olan mərkəzdən ibarətdir:

  • Komanda və Qərargah Təlim Mərkəzi

Birgə Münaqişə və Taktika Simulyatorları (JCATS) sistemindən istifadə etməklə həm milli, həm də beynəlxalq mühitlərdə batalyon və briqada səviyyəsində komanda və qərargah təlimlərini planlaşdırır və icra edir. 2019-cu ildə keçirilən NATO-Gürcüstan təliminin planlaşdırılması və icrası əsasən bu mərkəzin resurslarından istifadə etməklə həyata keçirilib. Mərkəz 2009-cu ildə yaradılıb və ABŞ-ın “Valiant” qrupunun və NATO-nun müxtəlif ölkələrindən olan ekspertlərin köməyi ilə fəaliyyət göstərir.

  • Döyüş Hazırlığı Mərkəzi

Mərkəz 18 may 2018-ci ildə rəsmi açılışı olan və Vaziani təlim zonasında yerləşən Gürcüstanın Müdafiə Hazırlığı Proqramının icrasına cavabdehdir. Sözügedən mərkəz və proqram çərçivəsində bütün piyada batalyonlarının müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təlimlər keçiriləcək. Təlim və hazırlıq prosesində döyüş hazırlığı mərkəzinin gürcü təlimatçıları, eləcə də ABŞ Ordusunun Avropa Komandanlığının hərbçiləri iştirak edirlər.

  • Sülh Əməliyyatları üzrə Təlim Mərkəzi

ABŞ Dəniz Piyadaları ilə birgə Gürcüstan Müdafiə Qüvvələrinin bölmələrinin sülhməramlı missiyalara hazırlığı və atışqabağı təlimlər keçirir. Bu mərhələ üçün mərkəzdə 23 bölmə hazırlanıb (təlim müddəti 4 ay). Möhkəm dəstək missiyasına əlavə olaraq, mərkəz Mərkəzi Afrika Respublikasına yerləşdiriləcək bölmələr üçün təlimlər də verir.

  • Təlimlərin Qiymətləndirilməsi Mərkəzi
  • onluq, iyirmilik və yüzlük səviyyələrində müxtəlif kollektiv tapşırıqlarda Müdafiə Qüvvələrinin bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsinə cavabdehdir. O, həmçinin Gürcüstan Müdafiə Qüvvələrinin miqyasında müşahidəçilər/nəzarətçi-təlimatçılar hazırlayır.