NATO Qara dənizdə
Alyansa üzv olan üç ölkə (Türkiyə, Bolqarıstan, Rumıniya) Qara dənizlə həmsərhəddir və NATO etibarlı və effektiv müdafiə hazırlığını saxlamaq üçün Qara dənizdə mütəmadi olaraq təlimlər və əməliyyatlar keçirir.
Qara dəniz regionu Şərqi Balkanlardan Cənubi Qafqaza qədər Avropa ilə Yaxın Şərq arasında yolayırıcı, kəsişməsidir. Bir çox belə kəsişmə nöqtələri kimi, bu da çox vaxt gərginlik və münaqişə nöqtəsidir və hazırda Rusiya ilə Qərb arasında artan qarşıdurma şəraitində baş verir.
Rusiya tərəfindən Krımın qeyri-qanuni ilhaqından sonra NATO Qara dənizdəki mövcudluğunu artırıb. NATO gəmiləri müntəzəm olaraq Qara dənizdə fəaliyyət göstərir – beynəlxalq hüquqa uyğun olaraq, onlar adətən ilin üçdə ikisi sularda patrul edir. Bu cür təlimlər iştirakçı bölmələr arasında qarşılıqlı əlaqəni artırmaq və NATO-nun Qara dəniz regionunda hazırlığını gücləndirmək məqsədi daşıyır.
SNMG2 müttəfiq dövlətlərin gəmilərindən ibarət çoxmillətli, inteqrasiya olunmuş dəniz qüvvələri olan dörd daimi NATO qrupundan biridir. Bu gəmilər çəkindirici və vəziyyət məlumatlılığından təlim və əməliyyat missiyalarının həyata keçirilməsinədək geniş spektrli məsələləri yerinə yetirmək üçün davamlı NATO əmrlərinə malikdir. Onlar Alyansın qətiyyətini nümayiş etdirir və həmrəyliyi gücləndirir, həmçinin tərəfdaş ölkələrlə səfərlər və təcrübə mübadiləsi vasitəsilə Alyans əlaqələrini gücləndirir.
Qara dənizin təhlükəsizliyinin təmin edilməsi prosesində Gürcüstanın mühüm rolu və praktiki iştirakı var ki, bu da NATO-nun hərbi-dəniz qruplarının gəmilərinin səfərlərində və birgə tədbirlərdə, Gürcüstan sahillərinin müdafiə abordaj qruplarının hazırlığında, kəşfiyyat məlumatlarının mübadiləsində özünü göstərir. Eləcə də hava və dəniz monitorinqi imkanlarının inkişaf etdirilməsində.