NATO-nun Makedoniya Respublikasında rolu
Makedoniya Respublikası hökumətinin Skopye (Makedoniyanın paytaxtı) hökuməti ilə etnik alban üsyançıları arasında münaqişənin kəskinləşməsinin qarşısının alınması üçün müraciəti əsasında, NATO regionda gedən proseslərdə iştirak edib. 2001-ci ilin iyununda Makedoniya Respublikasının Prezidenti Boris Troykovski NATO-ya müraciət edərək, Milli Azadlıq Ordusunun və ölkə ərazisindəki etnik alban üsyançı qrupların tərksilah edilməsi prosesində yardım istəyib. NATO-nun səyləri nəticəsində münaqişə tərəfləri arasında siyasi dialoq aparılıb və bunun ardınca sülh çərçivə planı işlənib hazırlanıb və regionda hərbi əməliyyatlar dayandırılıb. Ohrid Çərçivə Sazişi (Ohrid Framework Agreement) əsasında 2001-ci il avqustun 27-də “Əsas məhsul” kodu adında əməliyyat çərçivəsində NATO Makedoniyaya hərbi personal göndərdi. NATO missiyasına Milli Azadlıq Ordusu əsgərləri tərəfindən könüllü təslim olan silahların toplanması və məhv edilməsi tapşırılıb. Otuz gün davam edən əməliyyat nəticəsində NATO hərbi qulluqçuları çoxlu sayda silah-sursat və müxtəlif partlayıcı maddələr aşkar ediblər ki, bu da vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. Daha sonra Skopye hökuməti Makedoniya Respublikasında sabitliyin pozulmasının qarşısını almaq və Avropa İttifaqı və ATƏT müşahidəçilərinin təhlükəsizliyini təmin etmək üçün NATO-dan kiçik hərbi kontingent saxlamağı xahiş edib. 2003-cü ilin martından NATO-nun Makedoniyadakı missiyası Avropa İttifaqına (EU) ötürülüb.