NATO-nun yaradılmasına səbəb nə idi?

İkinci Dünya Müharibəsindən sonra ideoloji maneə Avropanı iki yerə böldü. 1948-ci ildən amerikalılar müharibədən əziyyət çəkən Avropaya böyük maliyyə və siyasi yardım göstərdilər. Məqsəd sadə və aydın idi, – yenidən güclənmiş Avropada kommunizmin güclənməsinin qarşısını almaq.

1948-ci il martın 17-də Fransa, Böyük Britaniya, Hollandiya, Belçika və Lüksemburq “Brüssel paktını” imzaladılar . İttifaqın məqsədi bir-biri ilə sıx əməkdaşlıq etmək və Sovet İttifaqının ideoloji, siyasi və hərbi ekspansiyasına müqavimət göstərəcək ümumi müdafiə sistemi yaratmaq idi. Faktiki olaraq, “Brüssel paktı” sənədi Qərbi Avropanın ümumi təhlükəsizlik sisteminin yaradılması və NATO-nun əsasının qoyulması üçün əsas oldu.

NATO-nun yaradılması haqqında söhbəti İkinci Dünya Müharibəsindən sonrakı dövrü icmal etməklə başlamalıyıq. 1945-ci ildə Avropanın iki hissəyə bölünməsi bu qitənin, Avro-Atlantik məkanın və milyonlarla insanın yarım əsrə yaxın müqəddəratını müəyyən etdi. İkinci Dünya Müharibəsi illərində üç müttəfiqin – ABŞ, Böyük Britaniya və SSRİ-nin qələbəsi Avropa qitəsində harmonik birgəyaşayışın və sabit inkişafın mümkün olacağı gözləntilərini yaradırdı. Təəssüf ki, bu, sadəcə bir xülya idi. Qərbi Avropa liderləri və onların müttəfiqləri Sovet İttifaqının ekspansiv siyasətindən irəli gələn təhlükələri real qiymətləndirirdilər. Aydın idi ki, qalib Sovet İttifaqı Avropadakı faşist diktaturasını eyni dərəcədə təhlükəli kommunist diktaturası ilə əvəz etmək niyyətində idi. Qərbi Avropa ölkələri hərbi qüvvələrin azaldılması və hərbi personalın tərxis olunması ilə bağlı müharibədən sonrakı öhdəliklərini yerinə yetirdiyi halda, Sovet İttifaqı bu öhdəlikləri yerinə yetirməyə tələsmir və Avropa qitəsində hərbi qüvvələrin tam tərkibini saxlayırdı.

İkinci Dünya Müharibəsindən sonra Avropada xüsusi təhlükəsizlik şəraiti formalaşdı. Sovet İttifaqı əlverişli mövqe tuturdu və yaradılmış strateji üstünlüklə manipulyasiya etməyə çalışırdı. Sovet İttifaqı ordusu geri çəkilən düşməni təqib edərək Şərqi və Mərkəzi Avropa ərazilərinin dərinliyinə soxuldu. O, Polşa, Çexoslovakiya, Rumıniya, Macarıstan, Bolqarıstan, eləcə də Avstriya və Almaniya ərazilərini işğal edib, strateji mövqelər tutdu. İşğal olunmuş ölkələrdə Sovet İttifaqı Moskvaya sadiq və kommunist ideologiyasına tabe olan rejimləri həvəsləndirirdi. Sovet İttifaqının niyyətlərinin yalnız Şərqi və Mərkəzi Avropa ölkələri ilə məhdudlaşmadığı da aydın idi. Sovet İttifaqının lideri Stalin kommunist ideologiyasını yaymaq və onun təsir dairəsini Mərkəzi və Qərbi Avropa dövlətlərində, xüsusilə də, kommunist ideologiyasına rəğbət bəsləyən siyasi qüvvələri gücləndirmək meylinin aydın göründüyü Fransa, İtaliya və Yunanıstanda genişləndirmək istəyirdi. 1946-cı il martın 5-də Amerika Birləşmiş Ştatlarının Fulton şəhərində Uinston Çerçil (özünü Britaniya parlament müxalifətinin lideri kimi təqdim etdi) yaxınlaşan təhlükəyə diqqəti yönəltdi və ilk dəfə olaraq “dəmir pərdə” ifadəsindən istifadə etdi.

XX əsrin qırxıncı illərinin sonunda Avropa qitəsində sülhün qorunması və bərpası yolunda Amerika Birləşmiş Ştatlarının vaxtlı və sərbəst mövqeyini hərtərəfli qiymətləndirmək lazımdır. Bu, b.a. çəkinmə doktrinası kimi tanınır. Əsas mahiyyəti iki ideologiya arasındakı tənqidi fikir ayrılığı və uyğunsuzluqdan ibarət olan Prezident Trumenin doktrinası Avropanın iqtisadi inkişafına dəstəyin verilməsini nəzərdə tuturdu. Çəkinmə doktrinasının müəllifi amerikalı diplomat Corc F. Kenan idi. Onun məqsədi güclü siyasət və Qərbdən gələn bol iqtisadi yardım vasitəsilə Sovet İttifaqının ərazi genişlənməsini dayandırmaq idi. Bu doktrina ABŞ dövlət katibi Corc Marşal tərəfindən həyata keçirildi, onun planı “Marşal planı” kimi tanınır. 1948-ci il aprelin 2-də ABŞ Konqresi “Avropanın dirçəlişi” qanununu qəbul etdi ki, bunun da əsas məsələsi iqtisadi səviyyədə kommunizmi tutmaq idi. “Marşal planı” nəticəsində on altı Avropa dövləti ABŞ-dan 13 milyard dollar yardım aldı.

Marşal planı     

1947-ci ilin iyununda ABŞ-ın dövlət katibi Corc Marşal Harvard Universitetində çıxışı zamanı auditoriyanı planı ilə tanış etdi və sonradan bu plan Marşal Planı kimi tanınırdı. Marşal İkinci Dünya Müharibəsindən sonra Avropada hökm sürən ifrat yoxsulluğu və ümidsizliyi təsvir edirdi. Daha sonra o, amerikalılara Avropanın daimi məhvinin onların öz iqtisadiyyatlarına nə kimi təsir edə biləcəyini xatırladırdı. Plan heç bir ideologiyaya və ya dövlətə qarşı yönəlməmişdi. Buna baxmayaraq, Stalinin göstərişinə əsasən, sosialist düşərgəsi adlanan ölkələr ABŞ-ın yardımını qəbul etməkdən imtina etdilər. Marşal planı Avropanın rekonstruksiyası və iqtisadi dirçəliş prosesində amerikalıların köməyini nəzərdə tuturdu. Avropa İqtisadi Əməkdaşlıq Komitəsi Marşal Planı ilə nəzərdə tutulan yardımın Qərbi Avropa dövlətlərinə paylanılması üçün yaradılmışdı. Bu plan sonralar Avropanın dirçəliş proqramına çevrildi. ABŞ-ın tələbi ilə sözügedən yardımın müvafiq prioritetləri üzrə bölgüsü avropalılara həvalə edilirdi. Bu məqsədlə Avropa İqtisadi Əməkdaşlıq Komitəsi Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına çevrildi. Proqram 1952-ci ilə qədər davam etdi. Bu müddət ərzində Avropanın rekonstruksiyası və iqtisadi dirçəlişinə verilən yardım 13 milyard ABŞ dolları təşkil edib. Marşal planı ilə, Prezident Trumen tərəfindən elan edilən doktrina ilə və Şimali Atlantika Alyansının yaradılması ilə Birləşmiş Ştatlar Qərbi Avropada gedən proseslərə fəal qoşulmuşdu.

1947-1949-cu illərdə vəziyyət xüsusilə gərginləşdi. Çexoslovakiyadakı dövlət çevrilişi və 1947-ci ildə başlayan Berlin blokadasını ayırmaq lazımdır. Aydın olur ki, zəifləmiş Avropa dövlətləri özlərini müstəqil müdafiə edə bilməyəcəklər və BMT Nizamnaməsi və digər mövcud beynəlxalq mexanizmlər Avropanın demokratik və azad inkişafına təminat verə bilməzdi. 1948-ci ilin martında beş Qərbi Avropa dövləti – Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya və Fransa “Brüssel paktını”  imzaladılar. Bu ittifaq bir-biri ilə sıx əməkdaşlığa və Sovet İttifaqının ideoloji, siyasi və hərbi ekspansiyasının qarşısını ala biləcək ümumi müdafiə sisteminin yaradılmasına yönəlmişdi. “Brüssel paktı” Qərbi Avropada ümumi təhlükəsizlik sisteminin yaradılması üçün ilkin şərt oldu və məhz o, NATO-nun yaradılması üçün əsas oldu. “Brüssel paktının” ölkələri Amerika Birləşmiş Ştatları və Kanada ilə, həmçinin Danimarka, İslandiya, İtaliya, Norveç və Portuqaliya ilə vahid müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparırdılar. Danışıqlar 1949-cu ilin aprelin 4-də Vaşinqton Müqaviləsinin (Şimali Atlantika Müqaviləsi) imzalanması ilə başa çatdı. Alyansın bütün on iki üzv ölkəsinin sıx əməkdaşlığına və ümumi dəyərlərinə əsaslanan vahid təhlükəsizlik sistemi yaradıldı. Şimali Amerikanın Qərbi Avropanın müdafiəsinə cəlb olunması təsdiq edirdi ki, Qərbi Avropaya siyasi və ya hərbi təzyiqin göstərilməsi cəhdi uğursuzluqla nəticələnəcək. NATO-nun müdafiə çətiri altında Qərbi Avropa və Şimali Amerika tezliklə görünməmiş yüksək sabitlik səviyyəsinə çatdı və Avropanın iqtisadi əməkdaşlığı və inkişafı üçün möhkəm zəmin yaratdı. Şimali Atlantika Müqaviləsi və ya NATO-nun təsis sənədi olan Vaşinqton Müqaviləsi 1949-cu il aprelin 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda imzalanıb. Buna görə də onu Vaşinqton müqaviləsi adlandırırlar. Müqavilə 14 bənddən ibarətdir. Bununla belə, beşinci bənd müqavilənin təməl daşıdır, ona görə bir üzv dövlətə hücum bütövlükdə alyansa hücum hesab olunur.

Sonralar 1952-ci ildə bu müqaviləyə Türkiyə və Yunanıstan qoşuldular. 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə isə İspaniya Vaşinqton müqaviləsini imzaladı. 1990-cı ildə Almaniyanın yenidən birləşməsi nəticəsində Almaniya Demokratik Respublikası Almaniyanın tərkib hissəsi kimi Şimali Atlantika Alyansına qoşuldu. 1999-cu ildə Macarıstan, Polşa və Çexiya NATO-ya üzv oldular. 2004-cü ildə yeddi Avropa ölkəsi NATO-ya qoşuldu: Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya və Estoniya. 2008-ci ilin aprelində Buxarestdə keçirilən zirvə görüşündə NATO-ya dəvət edilən Albaniya və Xorvatiya 2009-cu il aprelin 1-də rəsmi olaraq Alyansa üzv olublar. 2017-ci ildə Monteneqro rəsmi olaraq Alyansın 29-cu üzvü oldu. 2020-ci ildə isə Afina ilə Skopye arasında tarixi razılaşma əldə edildikdən və adla bağlı mübahisə həll edildikdən sonra Şimali Makedoniya Alyansın 30-cu üzvü oldu.

NATO-nun açıq qapı siyasəti və genişlənmə prosesinin davam etməsi faktını 2022-ci ildə NATO-nun ən yaxın tərəfdaşları olan Finlandiya və İsveçin də alyansa dəvət alması, məsələnin ictimai müzakirəsi və müvafiq parlament prosedurları təsdiq edir. Şimali Atlantika Müqaviləsinin təşkilatı üzv dövlətlər arasında bu ölkələrin azad seçimini, üzvlük məsələsinin ictimai müzakirəsini və müvafiq parlament prosedurlarını nəzərdə tutan saziş əsasında yaradılıb.Vaşinqton müqaviləsinə əsasən, Alyansın üzvləri kollektiv təhlükəsizlik qarşısında duran təhdidləri birgə bölüşmək öhdəliyi və məsuliyyətini öz üzərlərinə götürürlər. Şimali Atlantika Alyansı yeni çağırışlarla üzləşməyə tam hazır olmaq üçün öz tarixi boyu bir çox dəyişikliklərə məruz qalıb və bu gün də Alyans vahid səylə münaqişələrin qarşısını almağa və sülhü təmin etməyə çalışır. NATO müasir tarixin ən əmək qabiliyyətli hərbi-siyasi təşkilatıdır və alyansa üzv ölkələrin – liberal demokratiyaların sərhədlərini və bu ölkələrin demokratik dəyərlərini effektiv şəkildə qorumağa qadirdir. Qeyd etmək lazımdır ki, NATO 70 illik fəaliyyəti dövründə öz müdafiə çətiri altında Qərbi Avropa və Şimali Amerikada görünməmiş yüksək səviyyədə sabitliyi təmin edib.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});