Mariam Qiqauri
Layihə İdarəetmə və Donorlarla Əlaqələr Xidmətinin rəhbəri
Mariam Qiqauri 2015-ci ildən Gürcüstan Xarici İşlər Nazirliyinin NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzində işləyir.
Mariam Qiqauri İv. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin diplomatiya və beynəlxalq siyasət üzrə magistrdir. O, eləcə də beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə malikdir.
2021-ci ildə Estoniya Diplomatiya məktəbinin “Beynəlxalq münasibətlər Avropaya inteqrasiya nəzəriyyəsi və təcrübəsi” proqramını bitirmişdir. 2022-ci ilin yanvar ayında Layihə İdarəetmə İnstitutunun (PMI) layihə menecmenti üzrə peşəkar sertifikat almışdır.
Müxtəlif vaxtlarda Qori Şəhər İcra Hakimiyyətinin İnkişaf Agentliyində, o cümlədən „Women’s Democracy Network“ beynəlxalq təşkilatının Gürcüstan nümayəndəliyində layihə rəhbəri vəzifəsində çalışıb; Gürcüstan Xarici İşlər Nazirliyində təcrübə və təlim keçmişdir.
O, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası, strateji kommunikasiyalar, tədqiqat metodları, layihələrin idarə edilməsi və effektiv kommunikasiya mövzuları üzrə müxtəlif seminar, treninq və kurslarda iştirak edib.
Gürcü, ingilis və rus dillərini bilir.