Layihə çərçivəsində yay tətili zamanı Abxaziyadan olan məcburi köçkün gənclər üçün Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası məsələlərinə dair seminarlar keçirilib.
Layihə həm təhsil, həm də mədəni-koqnitiv komponenti əhatə edir. Onun çərçivəsində Abxaziyanın müxtəlif regionlarından didərgin düşmüş 300-dən çox gənc Msxeta, Vani, Satapliya, Zuqdidi və Batumidə olmuş, ölkənin görməli yerləri ilə tanış olmaqla yanaşı, Gürcüstanın Avropa və Avro-Atlantik məkana inteqrasiyası haqqında məlumat almışlar.
Layihə çərçivəsində ümumi Avropa ənənə və dəyərlərinin tərkib hissəsi kimi insan hüquqları, tolerantlıq və gürcü mədəniyyəti kimi məsələlərə diqqət yetirilib.
Layihənin məqsədi gənclər arasında Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası prosesi və onların bu prosesə cəlb edilməsi haqqında maarifləndirilmələrini dəstəkləməkdir.
Layihə NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzi tərəfindən Abxaziya Muxtar Respublikası Hökuməti və Mədəniyyət, İdman və Gənclərlə İş üzrə Agentlik ilə birgə həyata keçirilir.
Gənclər İnformasiya Mərkəzinin əsas hədəf qruplarından biridir və onlara Gürcüstanın xarici siyasətinin bu istiqamətləri – Avropa və Avro-Atlantika inteqrasiyası barədə məlumatların verilməsi son dərəcə vacibdir, çünki gənclərin özləri yaxın gələcəkdə bu proseslərin iştirakçısı olacaqlar və ən əsası, onlar öz yaşıdları ilə, yaşlı nəsil və təmsil etdikləri cəmiyyətlə bir növ körpüdürlər.