Layihənin adı: Avropa kafeləri turu

Layihənin icra müddəti: 2016-2017-ci illər

Hədəf qrupu: regionda yaşayan əhali, yerli icma rəhbərləri

Layihənin məqsədi: Layihə ekspertlər, yerli icma liderləri və region əhalisi arasında müxtəlif sosial problemlər haqqında dialoqun başlanmasını nəzərdə tutur. O, həmçinin Slovakiyanın və digər Mərkəzi Avropa ölkələrinin Avropa İttifaqına inteqrasiyası təcrübəsini bölüşmək məqsədi daşıyır. Mütəxəssislər sakinlərə Slovakiyanın Avropaya inteqrasiya prosesi haqqında real hekayələr danışırlar.

Layihənin təsviri: “İlk Avropa kafelər turu” “Gürcüstan Avropa Yolunda” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2016-cı ilin martında başlayıb və 2017-ci ilin mart ayına qədər davam edəcək. Layihə çərçivəsində Slovakiya və gürcü ekspertləri Gürcüstanın müxtəlif regionlarına səfər edəcəklər. Avropa kafelərinin turunun birinci mərhələsi Rustavi, Marneuli, Telavi, Axalaklaki, Tianeti, Mtsxeta və Qoridə təşkil olunacaq. İkinci mərhələyə Zuqdidi, Mestia, Tsalencixa, Çxorotsxu, Kobuleti, Lançxuti, Saçxere və Çiatura ev sahibliyi edəcək. Regional mərkəz administrasiyalarında seminarlar keçiriləcək və burada dəvət olunmuş qonaqlar Gürcüstanın yerli əhali ilə Avropaya inteqrasiyasının vacibliyini müzakirə edəcəklər.

Layihənin təşkilatçısı: Qlobal Təhlükəsizlik Siyasəti İnstitutu (keçmiş Slovakiya Atlantika Komissiyası)

Layihənin tərəfdarları: NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzi, Slovakiya