Layihənin adı: Britaniyanı tanıyaq
Layihənin icra müddəti: 2015-2016-cı illər
Hədəf qrupu: hərbi qulluqçuların övladları.
Layihənin məqsədi: Hərbi qulluqçuların övladlarını ictimai həyata daha fəal cəlb etmək.
Layihənin məzmunu: 2008-ci ilin avqust müharibəsində və Əfqanıstanda sülh missiyalarında həlak olmuş gürcü hərbçilərinin övladları üçün pulsuz ingilis və Britaniya mədəniyyəti kursları keçirilir. Eləcə də dərs kursuna incəsənət tarixi, dramaturgiya, müğənnilik və fotoqrafiya kursları daxildir.
“Britaniya guşəsində” vaxtaşırı olaraq hərbi qulluqçuların övladlarının iştirakı ilə açıq dərslər, tamaşalar və müxtəlif maarifləndirici tədbirlər keçirilir.
Gələcəkdə layihə iştirakçıları arasında bir qrup gəncin Böyük Britaniyaya təhsil səfərinə göndərilməsi mümkündür.
Layihənin təşkilatçısı: NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi; Müdafiə Nazirliyi; Britaniya guşəsi.