NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzində ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstan regionlarında Qərbə inteqrasiya haqqında maarifləndirmənin və cəlb edilmənin artırılması” layihəsinin ikinci mərhələsinin təqdimatı keçirilib və ABŞ Dövlət Departamenti əlavə olaraq 250 min ABŞ dolları məbləğində qrant ayırıb.
Tədbirə dəvət olunmuş qonaqlar qarşısında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan çıxış ediblər. Layihənin birinci mərhələsinin yekunlarına dair NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin direktoru Tamara Tsuleiskiri təqdimatla çıxış edərək, ikinci mərhələnin həyata keçirilməsi üçün prioritet istiqamətlərdən və çağırışlardan danışıb.
Qeyd etmək lazımdır ki, “Gürcüstan regionlarında Qərbə inteqrasiya haqqında maarifləndirmənin və cəlb edilmənin artırılması” Gürcüstan hökumətinin Gürcüstan əhalisinin anti-Qərb təbliğatının təhdidlərinə qarşı dayanıqlığını gücləndirmək və ölkənin Avropa və Avro-Atlantik inteqrasiya prosesləri haqqında səmərəli ünsiyyət qurmaq məqsədilə qəbul etdiyi ilk irimiqyaslı layihədir.
Layihənin birinci mərhələsi çərçivəsində əldə edilən nəticələr Gürcüstanın on bölgəsinin hamısında geniş ictimaiyyətə Gürcüstanın Qərbə inteqrasiya prosesi haqqında məlumatların çatdırılmasına mühüm dəstək verib; belə bir müdaxilə nəticəsində regionlarda yaşayan Gürcüstan əhalisi mütəmadi olaraq Avropa və Avroatlantik inteqrasiyanın gətirdiyi fayda və imkanlar haqqında daha çox məlumat alır. Bütün bunlar isə tərəfdarların sayında öz əksini tapır.
Layihə çərçivəsində İnformasiya Mərkəzinin regional şəbəkəsi gücləndirilib və genişləndirilib və bu gün 11 regional büro Avropa və Avro-Atlantik inteqrasiya məsələlərinin kommunikasiyası üzərində işləyir. Qeyd etmək lazımdır ki, təkcə layihə çərçivəsində İnformasiya Mərkəzi tərəfindən ümumilikdə 526 tədbir təşkil olunub və nəticədə 19 min nəfərlə birbaşa ünsiyyət qurulub. Layihədə iştirak edən 20 regional media tərəfindən artıq Gürcüstanın Qərbə inteqrasiyası məsələlərinə dair 280 media materialı hazırlanıb.
Əldə edilən nəticələr Gürcüstanın on regionunun hamısında da geniş ictimaiyyətə Gürcüstanın Qərbə inteqrasiya prosesi haqqında məlumatların çatdırılmasına mühüm dəstək verib; belə müdaxilə nəticəsində regionlarda yaşayan Gürcüstan əhalisi mütəmadi olaraq Avropa və Avroatlantik inteqrasiyanın gətirdiyi fayda və imkanlar haqqında daha çox məlumat alır. Bütün bunlar tərəfdarların sayında özünü göstərir.
Layihənin ikinci mərhələsi əldə edilmiş nəticələrin möhkəmləndirilməsinə və vətəndaşların nəinki məlumatlandırılmasına, həm də onların Qərbə inteqrasiya proseslərinə fəal cəlb olunmasına yönəlib.
Layihə ABŞ Dövlət Departamentinin və ABŞ-ın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə Xarici İşlər Nazirliyinin İHHŞ “NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi ” tərəfindən həyata keçirilir.