Gürcüstanın regionlarında Qərb inteqrasiyası
haqqında məlumatlılığın və iştirakın artırılması

Layihənin adı: “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın və iştirakın artırılması”
Büdcə: 749 673, 56 ABŞ dolları
Müddəti: 51 ay (başlanma tarixi 28 sentyabr 2018-ci il – bitirilmə tarixi 30 dekabr 2022-ci il)

Qısa təsvir

“Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın və iştirakın artırılması” Gürcüstan hökumətinin anti-Qərb təbliğatından irəli gələn təhlükələrə qarşı Gürcüstan əhalisinin dayanıqlığını gücləndirmək və ölkənin Avropa və Avro-Atlantik inteqrasiya prosesləri haqqında effektiv ünsiyyəti məqsədilə həyata keçirdiyi ilk irimiqyaslı layihədir.

2018-ci ildə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti ölkənin strateji kommunikasiyalarını gücləndirmək üçün Gürcüstanın dövlət qurumuna 499 675 ABŞ dolları yardım ayırıb. Layihə Xarici İşlər Nazirliyinin NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzi, ABŞ-ın Gürcüstandakı səfirliyi ilə birgə, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin məqsədi Gürcüstan əhalisinin Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına şüurlu dəstəyini gücləndirmək və artırmaq, anti-Qərb təbliğatı nəticəsində yayılan mif və yanlış təsəvvürlərə Gürcüstan vətəndaşlarının dayanıqlığını gücləndirmək idi.

Layihənin birinci mərhələsi ilə əldə edilən nəticələr Gürcüstanın on regionunda geniş ictimaiyyətə Gürcüstanın Qərb inteqrasiyası prosesi haqqında məlumatların çatdırılmasına əhəmiyyətli töhfə verdi. Aktiv intervensiya və məlumatlandırma kampaniyası nəticəsində regionlarda yaşayan əhali Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası haqqında mütəmadi olaraq daha çox məlumat alırdı.

2020-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti layihənin davam etdirilməsi ilə bağlı qərar qəbul edib və onun həyata keçirilməsi üçün əlavə 250 000 ABŞ dolları ayırıb. Layihənin ikinci mərhələsi əldə edilmiş nəticələrin konsolidasiyasına və vətəndaşların təkcə məlumatlandırılmasına deyil, həm də onların Qərbə inteqrasiya proseslərinə fəal cəlb edilməsinə yönəlmişdi.

Layihə çərçivəsində İnformasiya Mərkəzi həm paytaxtda, eləcə də Gürcüstanın 10 bölgəsində (Acarıstan, Quriya, İmereti, Kaxeti, Kvemo Kartli, Msxeta-Mtianeti, Raça, Sameqrelo, Samsxe-Cavaxeti, Şida Kartli) müxtəlif hədəf auditoriyası ilə birbaşa ünsiyyət qurub. Bunların arasında gənclər, professor-müəllimlər, ictimai məmurlar/yerli özünüidarəetmə nümayəndələri, icma liderləri, etnik azlıqların nümayəndələri, kənd əhli, işğal edilmiş ərazilərdən məcburi köçkünlər, sərhəd xətlərində yerləşən kənd sakinləri və media nümayəndələri.
  • Birbaşa ünsiyyət vasitəsilə Gürcüstanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı nəticəsində əldə etdiyi mənfəət, imkanlar, Gürcüstanın Qərbə inteqrasiyası prosesində aparılan, cari və planlaşdırılan islahatlar barədə əhalinin məlumatlılığının artırılması;
  • Regional müstəqil media təşkilatlarının dəstəyi ilə Gürcüstanın 10 regionunda informasiyaya əlçatma imkanlarının artırılması;
  • Həssas və strateji hədəf auditoriyaları haqqında məlumatlılığın artırılmasına yönəlmiş obyektiv və faktlara əsaslanan məlumat kampaniyasının hazırlanması;
  • Anti-Qərb təbliğatı və dezinformasiya ilə mübarizə məqsədilə Gürcüstanın regionlarında İnformasiya Mərkəzinin əsas hədəf auditoriyası və maraqlı tərəflərinin imkanlarının inkişafı və məlumatlılığının artırılması;
  • Bölgədə yaşayan əhalinin kiçik qrantlar vasitəsilə həvəsləndirilməsi.
  • İnformasiya Mərkəzinin təşkilatçılığı ilə hər iki dövr ərzində ümumilikdə 1969 tədbir keçirilib, nəticədə 66795 nəfərlə birbaşa əlaqə yaradılıb;
  • Mərkəzin 10 regional nümayəndəsinin iştirakı ilə kənd və şəhər qəsəbələrində yaşayan 40 656 nəfərlə 1445 görüş keçirilib;
  • Dəvət olunmuş ekspertlərin cəlb edilməsi ilə həm Tbilisidə, həm də Gürcüstanın regionlarında yerli özünüidarəetmə orqanlarının və müxtəlif peşəkar dairələrin 25 014 nümayəndəsi üçün 439 seminar keçirilib.
  • Layihə çərçivəsində informasiya mərkəzinin regional şəbəkəsi genişləndirilib və 4 yeni regional büro açılıb (Yüksək dağlıq Acarıstanda, Kvemo-Kartlidə, Quriyada və Raça-Leçxumidə və Kvemo Svanetidə).
  • Mərkəz əməkdaşlarının peşəkar bacarıqları gücləndirilib, o cümlədən mərkəzin əməkdaşları üçün 4 intensiv təlim kursu həyata keçirilib.
  • İşğal olunmuş Abxaziya ərazisində yaşayan, Gürcüstanın nəzarətində olan ərazisində təhsil alan 100-dən çox tələbə üçün 5 silsiləli seminar keçirilib.
  • Gürcüstan vətəndaşlarının Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya proseslərinə münasibəti və biliyi ilə bağlı 3 sorğu keçirilib.
  • Jurnalistika Resurs Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Kvemo-Kartli, Kaxeti, Samtsxe-Cavaxeti, Şida-Kartli, Sameqrelo və Quriyada regional media vasitələrinə kiçik qrantlar verilib. Gürcüstanın Qərbə inteqrasiyası məsələləri ilə bağlı 789 məzmunlu media məhsulu yaradılıb və yayılıb;
  • 85-ə qədər regional media nümayəndəsi təlim keçmişdir
  • Regional medianın 25 nümayəndəsi üçün 4 silsilə tematik təlimlər keçirilmişdir
  • Bölgədə yaşayan əhalinin təşəbbüslərini kiçik qrantlar hesabına dəstəkləmək məqsədilə 5 ən yaxşı layihə təklifi seçilərək həyata keçirilib.
  • Gürcü, Azərbaycan və erməni dillərində 126 397-dək kitab, məlumat broşürləri və əyani materiallar çap edilərək paylanılıb.
  • Mərkəzin müxtəlif onlayn platformalarında 126 infoqrafika, 39 videoçarx, 165 tematik post yaradılaraq dərc edilib (material həm də Azərbaycan və erməni dillərinə tərcümə olunub)