Layihənin adı: Müəllim – Avropaya bələdçi
Layihənin icra müddəti: 2014-2019-cu illər
Hədəf qrupu: dövlət və özəl məktəb müəllimləri
Layihənin məqsədi: müəllimləri Avropa dəyərləri haqqında maarifləndirmək, onların Avropaya inteqrasiya prosesinə marağını artırmaq, öz səlahiyyətləri daxilində aktivləşdirmək.
Layihənin məzmunu:
Layihə iki mərhələdə davam edir:
Seminar – burada qeydiyyatdan keçmiş müəllimlər Avropa İttifaqının tarixi, Avropa dəyərləri, Avropa İttifaqı-Gürcüstan tarixi və Gürcüstanın Avropaya inteqrasiyası haqqında ən son məlumatları alacaqlar.
Müsabiqə – həm seminar iştirakçıları, həm də layihəyə qoşulmaq istəyən müəllimlər üçün. Müəllimlər Avropa İttifaqı mövzusunu tanıtmaq və Avropa dəyərlərini təbliğ etmək üçün dövlət məktəblərində qeyri-formal təhsil üzrə layihələr planlaşdırır və həyata keçirirlər. Ən yaxşı 10 layihənin müəllifi Avropa İttifaqının üzvü olan dövlətə tanışlıq səfərinə gedəcək.
Sözügedən seminarda dövlət və özəl məktəblərinin 500-ə yaxın coğrafiya, tarix, vətəndaş təlim müəllimləri ixtisaslaşıb. Layihə 2018-ci ildə beşinci dəfə həyata keçirilib.
Layihənin təşkilatçısı: NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzi
Layihənin dəstəkçiləri: Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi, Fridrix Ebert Fondu, Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi, Latviyanın Gürcüstandakı səfirliyi, Estoniyanın Gürcüstandakı səfirliyi