Layihənin adı: NATO – dinc və sabit inkişaf üçün seçim

Layihənin icra müddəti: 2013-2016-cı illər

Hədəf qrupu: dövlət və özəl məktəb müəllimləri

Layihənin məqsədi: Layihənin məqsədi müəllimləri NATO-nun məqsəd və vəzifələri, NATO-Gürcüstan münasibətlərində gedən proseslər və qlobal təhlükəsizliyin qurulmasında Gürcüstanın rolu haqqında məlumatlandırmaqdır.

Layihənin məzmunu:

Müəllimlər üçün elmi-maarifləndirici seminar artıq dördüncü ildir ki, keçirilir. Layihədə Gürcüstanın müxtəlif regionlarından olan müəllimlər Tbilisidən olan həmkarları ilə birlikdə iştirak edirlər. İştirakçılar iki gün ərzində NATO-nun Əlaqələr Bürosunun və dövlət qurumlarının nümayəndələri, NATO-ya üzv ölkələrin səfirləri və ekspertləri ilə görüşür və NATO-nun tarixi, bu barədə ən son məlumatlar, NATO ilə Gürcüstan arasında əməkdaşlıq məsələləri və s. ilə tanış olurlar.

Layihənin davamlı şəkli var və o, artıq 14 dəfə həyata keçirilib:  həm Tbilisidə yaşayan və həm də Quriya, Sameqrelo, İmereti, Kaxeti, Svaneti, Samtsxe-Cavaxeti, Kvemo Kartli, Şida Kartli və Duşeti bölgələrində çalışan müəllimləri əhatə edib. Seminara tarix, coğrafiya və vətəndaş təhsili müəllimləri cəlb olunub. Bu mərhələdə ümumilikdə 420 müəllim ixtisaslaşdırılıb.

2016-cı ilin sonuna kimi daha 3 seminarın keçirilməsi nəzərdə tutulur.
Layihənin təşkilatçısı: NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi

Layihənin dəstəkçiləri: NATO-nun Gürcüstandakı Əlaqə Bürosu