Layihənin adı: NATO İctimai Diplomatiya Forumu

Layihənin icra müddəti: 2016-2017-ci illər

Hədəf qrupu: qeyri-hökumət təşkilatlarının, dövlət strukturlarının və media nümayəndələri

Layihənin məqsədi: anti-Qərb təbliğatı problemi ilə mübarizənin zəruriliyi ilə bağlı müxtəlif dairələrdə dialoqa başlamaq.

Layihənin məzmunu: Şimali Atlantika Alyansının üzləşdiyi əsas problemlərdən biri anti-Qərb kampaniyası və təbliğatının gücləndirilməsidir. Bundan irəli gələrək, cəmiyyətin müxtəlif dairələrində yuxarıda qeyd olunan problemlə mübarizənin zəruriliyi ilə bağlı dialoqa başlamaq lazımdır.

İctimai Diplomatiya Forumu məhz bu çağırış və təhdidlərə cavab olaraq həyata keçirilir. Forum Alyans tərəfindən hər il Brüsseldə keçirilir, 2016-cı ildən isə Gürcüstanda da paralel olaraq keçiriləcək. İki gün davam edəcək konfrans qeyri-hökumət təşkilatları, hökumət strukturları və media nümayəndələrinə NATO-ya üzv dövlətlərdə çalışan həmkarlarla aktual məsələləri müzakirə etməyə imkan verəcək. Seminarlar vasitəsilə beynəlxalq və gürcü ekspertlər regiondakı problemlərin həlli yollarını müzakirə edir və gələcək əməkdaşlığı planlaşdırırlar. NATO İctimai Diplomatiya Forumu Gürcüstanda strateji kommunikasiya məsələləri üzrə ilk pulsuz platformadır.

Layihənin təşkilatçısı: NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi; Gürcüstan Müdafiə Nazirliyinin Avropa və Avro-Atlantik Strukturlara İnteqrasiya üzrə Dövlət Nazirinin Ofisi