Cəmiyyətin məlumatlandırılması və
davamlılığının artırılması
Layihənin adı: Cəmiyyətin məlumatlandırılması və davamlılığının artırılması
Büdcə: 250 000 ABŞ dolları
Müddəti: 18 ay (başlanma tarixi: 1 yanvar 2022-ci il)
Qısa təsvir
2022-ci ildən İnformasiya Mərkəzi Gürcüstanda Amerika Birləşmiş Ştatlarının səfirliyi ilə birlikdə, Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Cəmiyyətin məlumatlandırılması və davamlılığının artırılması” layihəsini həyata keçirir. Layihə çoxlu mühüm və sabit nəticənin nailiyyətinə yönəlib. Layihənin məqsədi Gürcüstanın Avropa və Avro-Atlantika inteqrasiyasına doğru cəmiyyətin şüurlu dəstəyini saxlamaq və möhkəmləndirmək, eləcə də dezinformasiyaya qarşı sabitliyi artırmaqdır.
Layihənin əsas benefisiarları
350 gənc, 130 müəllim, İnformasiya Mərkəzinin 25 əməkdaşı. Əlavə olaraq, 500 000-ə qədər insanın sosial media kampaniyaları vasitəsilə əhatə edilməsi.
Layihənin konkret məqsədləri
Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya prosesi ilə bağlı əsas maraqlı tərəflərin imkanları gücləndiriləcək, azlıqların məskunlaşdığı regionlara, gənclərə və müəllimlərə xüsusi diqqət yetiriləcək;
Strateji hədəf auditoriyalarının davamlılığının gücləndirilməsi və anti-Qərb dezinformasiya kampaniyaları ilə yayılan NATO və Avropa İttifaqı haqqında yanlış təsəvvürlərin və miflərin aradan qaldırılması.
İmkanların yaxşılaşdırılması və innovasiyaların dəstəkləndirilməsi yolu ilə İnformasiya Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılmasına dəstəyin verilməsi.
Bütövlükdə layihə vahid ictimai yanaşmadan (whole-of-society) istifadə edir və layihə benefisiarları arasında davranış dəyişikliyini təmin edir.